"Forbes": "O, Gürcüstanda ən varlı biznesmendir"

Gürcüstanın keçmiş baş naziri, hakim "Gürcü arzusu” partiyasının və siyasi koalisiyanın rəhbəri Bidzina İvanişvilinin maliyyə sərvəti 5,2 milyard dollar təşkil edir.
ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın "Forbes" jurnalı məlumat yayıb. Bildirilir ki, o, hazırda Gürcüstanın ən varlı biznesmeni kimi dünya milyaderlərinin siyahısında 270-ci yeri tutur.
B.İvanaşvili öz pullarını Rusiyada qazanıb və 2003-cü ildə doğma evinə qayıdıb. 2013-cü ildə "Forbes"in milyarderlər siyahısında 5,3 milyard dollar ilə 229-cu yeri tutub. 2012-ci ildə isə 6,4 milyard dollar ilə 153-cü mövqedə olub.
ANN.Az