• $
  • €
  • ₽
  • ₺
  • £

10 məşhurun ölüm anındakı son sözləri - MARAQLI

10 məşhurun ölüm anındakı son sözləri - MARAQLI
23.12.2014 20:27
Tarixdəki bir çox məşhurların ölümə özünəməxsus və ironik münasibəti olub. Onların bir çoxunun ölüm anında dedikləri sözlər də bunu isbat edir.

ANN.Az Modern.az-a istinadən 10 məşhurun ölümdən öncə dedikləri son sözləri təqdim edir.

Oskar Uayld (1844-1900) – tanınmış ingilis yazıçısı Parisdəki ucuz mehmanxanalardan birində can verib. Ölümün yaxınlaşdığını hiss edən Uayld otel otağında zövqünə uyğun gəlməyən divar kağızlarına baxaraq ironiya ilə "çox öldürücü rənglərdi! İkimizdən biri burdan getməli olacaq” deyir və bir neçə dəqiqədən dünyasını dəyişir.

Mariya Antuanetta (1755-1793) – Fransa kraliçası ölkədə monarxiya devrildikdən sonra edam cəzasına məhkum edilmişdi. O, qərarın icra olunması üçün edam kürsüsünə yaxınlaşanda təsadüfən cəlladın ayağını tapdalayır. "Msyö, xahiş edirəm bağışlayın, mən bunu təsadüfən etdim”-deyə üzr istəyən kraliça bir neçə dəqiqə sonra həmin cəllad tərəfindən edam olunur.

Yelizaveta Petrovna (1709-1761) – Rusiya imperatriçəsi təbibləri təəccübləndirərək ölümündən 10 saniyə öncə qəfil ayağa qalxaraq "mən hələ ölməmişəm?” –deyə sual edib. Lakin özlərini itirmiş təbiblər cavab verə bilməmiş imperatiriçə keçinir.

Yucin O`Nil (1888-1953) – ameriikalı dramaturq ölüm ayağında olarkən "Mən elə də bilirdim! Mən elə də bilirdim! Mehmanxanada doğulacam və lənətə gəlmiş mehmanxanada da öləcəm” deməsi ilə məşhurdur.

Mata Xari (1876-1917) – tarixin ən məşhur qadın casusu. Almaniyanın xeyrinə casusluq etdiyi üçün fransızlar tərəfindən güllələnən zaman onu nişan almış silahlı əsgərlərə "hava öpüş”ü göndərərək "oğlanlar, mən hazıram” deyib və ölümü təbəssümlə qarşılayıb.

Somerset Moem (1874-1965) – məşhur ingilis yazıçısı ölüm yatağında olarkən "ölmək çox darıxdırıcı və maraqsız işdir. Mənim sizə məsləhətim – heç vaxt bu işlə məşğul olmayın”-deyərək ətrafına toplaşmış yaxınlarına yarızarafat-yarıciddi müraciət edib və dünyasını dəyişib.

Uilyam Saroyan (1908-1981) – amerikalı yazıçı xərçəng xəstəliyindən əziyyət çəkdiyi zaman "Hər kəs ölməlidir. Fikirləşirdim ki, mənim üçün istisna eləyəcəklər. Amma əvəzində?”- deyərək dünyadan köçüb.

Cozef Qrin (1914-1990) – bütün ömrü boyu adəti üzrə nəbzini yoxlayardı. Yazıçının son sözləri "nəbzim itdi” olub.

Litton Streyçi
(1880-1932) – ingilis yazıçısı gözlərini əbədi yummazdan öncə "əgər ölüm məhz budursa, mən bundan heç də məmun olmadım”- deyə son replikasını deyib.

Mixail Saltıkov-Şedrin (1826-1889) – tanınmış rus yazıçısı ölümünün yaxınlaşdığını hiss edərək "bu sənsən, axmaq”- deyərək dünyadan köçüb.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol