• $
  • €
  • ₽
  • ₺
  • £

"Selfi" çəkdirdilər işdən qovuldular

"Selfi" çəkdirdilər işdən qovuldular
24.12.2014 21:59
Çinin Şensi vilayətində xəstəxananın rəhbərliyi və personalı əməliyyat masasında huşsuz vəziyyətdə yatan xəstə ilə "selfi" çəkdirməyə görə cəzalandırılıblar. Klinikanın rəhbərlərindən üçü işdən qovulub, "selfi" çəkdirən düşən əməkdaşlar isə üç ay cərimə ödəməli olacaqlar.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Lenta.ru” saytı CNN-ə istinadən xəbər yayıb.

İnsident bu ilin avqustunda Fençen hospitalında baş versə də, bu barədə yalnız indi məlum olub. Klinikanın administrasiyası ictimaiyyətdən rəsmi şəkildə üzr istəyib. Klinikanın bəyanatında bildirilir ki, əməkdaşlar öz hərəkətlərinin mümkün mənfi nəticələrini nəzərə almayıblar: "Biz vəziyyətdən nəticə çıxarırıq”.
Вununla yanaşı, tibb işçiləri şəklin xatirə olaraq çəkildiyini bildiriblər. Belə ki, bu, əməliyyat otağının bağlanması və təkrar profil verilməsindən bir gün əvvəl baş verib. Bu şəkillər Çində əhalinin müxtəlif təbəqələri arasında mənfi reaksiya doğurub. Sosial şəbəkələrdə tibbi əxlaqın çatışmazlığı fəal müzakirə edilib, hətta bloqçular "selfi cərrahiyyə” adlı xüsusi "heşteq” yaradıblar ki, burada tibb işçilərinin davranışı barədə rəylər toplanıb.

Qeyd etmək lazımdır ki, son vaxtlar müşahidə olunan "selfi" həvəsi etik normalar səviyyəsində müxtəlif qalmaqallar doğurur. şəkil üçün ən yaxşı fon seçmək cəhdi bəzən həyati təhlükə yaradır və hətta fotoqrafın həlak olmasına gətirib çıxarır.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol