• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanın Azərbaycana olan borcu açıqlandı

Gürcüstanın Azərbaycana olan borcu açıqlandı
24.12.2014 16:56
Gürcüstanın xarici borcları və dövlət zəmanəti altında götürülmüş kreditlər Gürcüstan Maliyyə Nazirliyinin 2014-cü il 30 noyabr tarixinə olan məlumatına əsasən 4,1 milyard dollardan ibarətdir.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, ilin əvvəlindən Gürcüstanın dövlət borcu 148,5 milyon dollar azalıb. İnformasiyaya müvafiq olaraq ümumi məbləğdən Gürcüstan hakimiyyətinin borcu 4,01 milyard dollardan ibarətdir.

Gürcüstanın ümumi borcunun 752,2 milyon dollardan ibarət olduğu 17 ikitərəfli ölkə kreditoru var. Kreditor ölkələr sırasına Avstriya (13 milyon 610 min dollar), Azərbaycan (11 milyon 611 min dollar), Türkmənistan (211 min dollar), Türkiyə (21 milyon 198 min dollar), İran (9 milyon 063 min dollar), Rusiya (95 milyon 298 min dollar), Ermənistan (13 milyon 741 min dollar), Özbəkistan (282 min dollar), Ukrayna (257 min dollar) və s. daxildir.

Dövlətlərdən başqa Gürcüstanın kreditorları sırasında beynəlxalq institutlar da var, onlara olan borc ümumilikdə 2,8 milyard dollardan ibarətdir.

Ayrılıqda Ümumdünya Bankı 1 milyard 305 milyon dollar, Beynəlxalq Rekonstruksiya və İnkişaf Bankı 483 567 min dollar, Beynəlxalq Valyuta Fondu 130,3 milyon dollara yaxın, Avropa Rekonstruksiya və İnkişaf Bankı 98,7 milyon dollar, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu 29 milyon dollar, Asiya İnkişaf Bankı 520 milyon dollar, Avropa İnvestisiya Bankı 189 milyon dollardır.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol