Qadın iki pişiklə birdən evləndi

Dünyada nə desən baş verir. İnsanlar o qədər ağlasığmaz hallara əl
atırlar ki... Ya bunu hamının diqqətini çəkmək üçün edirlər, ya
həddindən artıq macərapərəst olduqlarından.
ANN.Az xəbər verir ki, amma bu qadın atdığı qəribə addımı kişilərin acığına edib. İngiltərədə yaşayan 48 yaşlı Barbarella Baçner kişilərdə tapa bilmədiyi xoşbəxtliyi və sevgini digər canlılarda axtarmağa başlayıb. Bu axtarışın sonunda o, iki pişiyi ilə birdən evlənmək qərarına gəlib.
"The Sun" qəzeti yazır ki, Londonda yaşayan Baçner 7 il birlikdə yaşadığı sevgilindən ayrıldıqdan sonra belə bir qərara gəlib. Pişikləri ilə nikaha girdikdən sonra hətta qadın "həyat yoldaşlarını" götürərək İspaniyanın Lanzarot adasına "Bal ayı"na çıxıb.
ANN.Az