• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-in yeni hədəfi: mütəxəssislər və nüfuzlu ailələr

İŞİD-in yeni hədəfi: mütəxəssislər və nüfuzlu ailələr
26.12.2014 12:29
Suriyada dövlətləşmə istiqamətində ciddi işlər görməyə başlayan teror təşkilatı İŞİD artıq döyüşəcək üzvlər toplamır. Bunun əvəzində İŞİD öz peşəsini yüksək səviyyədə bilən professionallara və nüfuzlu ailələri hədəf seçib.

ANN.Az xəbər verir ki, bu barədə ABŞ-ın "Washington Post" qəzeti məlumat yayıb. Qəzet yazır ki,  təşkilatın liderləri və internet vasitəsilə üzv toplayan səlahiyyətlilər həkim, tibb bacısı, vəkil, mühəndis və mühasib kimi fərqli peşə qruplarından olan şəxsləri Suriyaya gəlməyə razı salmaq üçün səfərbər olub.

Hazırda təşkilatın Suriyadakı mərkəzi hesab olunan Rakka şəhərində hamilə qadınlara xidmət göstərən böyük klinika fəaliyyətə başlayıb. Klinikanın idarəçiliyini aparan isə İngiltərədə təhsil almış ginekoloqdur. Rakkada oğlan uşaqlarına 14 yaşına qədər dini təhsil verən məktəblər mövcuddur. Bu yaşdan sonra isə oğlanlar hərbi təhsil almağa başlayırlar.

İŞİD-in "qondarma dövləti"ndə qızların təhsili 18 yaşına qədər nəzərdə tutulub. Qız uşaqlarına din dərslər keçirilməklə yanaşı necə yemək bişirmək, ev təmizləmək öyrədilir.

Artıq 15 min adam toplanıb

ABŞ-ın Massachusetts Universitetinin təhlükəsizlik mövzuları üzrə mütəxəssisi professor Mia Bloom mövzu ilə bağlı qeyd edib ki, "Yeni bir cəmiyyət yaratmaqda müvəffəqiyyətlər əldə etdikcə, İŞİD daha çox ailəni özlərinə çəkə biləcək".

Mütəxəssislərə görə, İŞİD-in nəzarəti altında olan torpaqlarda yaşamağa gələnlərin sayı 15 minə çatıb və bunun bir neçə mini Avropa ölkələrindən gələn insanlardır.

Radikal terror təşkilatı olan İŞİD yalnız ideoloji təməli ilə deyil, maliyyə gücüylə də bir çox ailə üçün cəzbedici görünür. İŞİD-ə üz tutan ailələrə aylıq 1100 dollar maaş verilir, elektrik enerjisi ilə və yeməklə pulsuz təmin olunurlar.

Londonda nəşr olunan ərəb qəzeti "Şark ül Evsat"a açıqlama verən Suriya Milli Koalisyasının Körfəz Əməkdaşlıq Şurasındakı nümayəndəsi Edip əl-Çiçekli son zamanlar İŞİD-ə qatılan ailələrin sayının daha da çox olduğunu vurğulayıb: "Maliyyə baxımdan sıxıntı çəkənlər, eləcə də beynəlxalq maddi yardımların azalması səbəbilə insanlar daha yüksək maaş ödəyən İŞİD-ə yön alırlar". Nümunə olaraq göstərilir ki, suriyalı müxaliflər ayda bir əsgərinə 140 dollar ayıra bilir, İŞİD isə döyüşçülərinə yalnız bir gündə 150 ​​dollar ödəyir. Bu isə əksəriyyət üşün çox cəlbedicidir. Bəzi əsgərlər fikirlərşir ki, onsuz da döyüşürük və ölüm təhlükəsi altındayıq. Ən yaxşısı bu şərtlər daxilində daha çox pul qazanmaqdır.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol