Atası qızını terrorçulara ona görə satıb ki...

Nigeriyada terror törətməkdə günahlandırıan 13 yaşlı qız şok effekti yaradacaq açıqlamalar verib.
ANN.Az xəbər verir ki, 4 adamın ölümünə səbəb olan terror hadisəsi zamanı yaralanan və Nigeriya polisi tərəfindən həbs olunan kamikadze qız dünən ölkə və xarici jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransına çıxıb. O, Boko Haram terror təşkilatı haqqında maraqlı açıqlamalar verib. Eyni zamanda o, təşkilata necə üzv olduğunun tarixindən danışıb. O, vurğulayıb ki, atası onu terrorçu olması üçün Boko Haram təşkilatına aparıb. Əvvəl qız kamikadze olmaqdan imtina edib, amma təşkilat üzvləri onu hədələyib, eyni zamanda uzun müddət zirzəmidə saxlayıb. Bundan sonra razılığa gələn qız Nigeriyada terror hadisələri törətməyə başlayıb. O, özü ilə bərabər eyni yaşda daha 2 qız uşağının kamikadzelik etdiyini, onların terror nəticəsində öldüyünü deyib.
Boko Haram terror təşkilatının hücumları nəticəsində Nigeriyada 2000 adam öldürülüb.
ANN.Az