• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan dünyanın ən xoşbəxt ölkələri siyasında

Azərbaycan dünyanın ən xoşbəxt ölkələri siyasında
31.12.2014 12:20
"Gallup” araşdırma şirkətinin apardığı sorğunun nəticələri açıqlanıb.

ANN.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, 2014-cü il üçün 65 ölkədə 64 min nəfər arasında aparılan xoşbəxtlik sorğusunda Fici Respublikası birinci yeri tutub. Bu ölkədə sorğunu cavablandıranların 93 faizi xoşbəxt olduğunu bildirib. Siyahıda növbəti yerləri müvafiq olaraq Kolumbiya, Nigeriya, Səudiyyə Ərəbistanı, Azərbaycan, Hindistan, Panama, Argentina, Finlandiya və İndoneziya tutur.

Sorğunun nəticələrinə görə, bu il keçən ilə nisbətən xoşbəxt olduğunu deyənlərin sayı 10 fazi artaraq 70 faizə çatıb.

Ən bədbəxt insanların yaşadığı ölkə isə İraq olub. Sorğuya qatılan iraqlıların yalnız 31 faizi xoşbəxt olduğunu qeyd edib. Yunanıstan, Bolqarıstan və Serbiya da İraq kimi son sırada qərarlaşıblar. Qardaş Türkiyə də ən bədbəxt 10 ölkə siyahısına düşüb. "Gallup"ın sıralamasında Türkiyə 56-cı yerdə qərarlaşıb.

Bu ilin ən xoşbəxt iki qitəsi Afrika və Asiyadır. Bu iki qitədə yaşayanlar 2015-ci ilə ümidli baxırlar. Gələn ilin yaxşı bir il olacağına inanan ölkələrin başında Nigeriya gəlir. Ən pessimist ölkə isə Livan olub.

Qərbi Avropa isə ən bədbəxt bölgələr arasında yer alıb. Qərbi Avropa ölkələrində yaşayanların yalnız 12 faizi 2015-ci ildə iqtisadiyyatın daha yaxşı olacağına inandığını deyib.

Dünya üzrə sorğuya qatılanların 42 faizi yeni ilin rifah gətirəcəyi fikrində olduğunu bildiriblər.

Sorğuda "Ölkən üçün döyüşərsənmi” sualına cavablar heyrətləndirici olub. Birinci Dünya Müharibəsinin başlamasının 100-cü ilinin anıldığı 2014-cü ildə bu suala cavab verənlərin 60 faizi "bəli” cavabını verib. "Xeyr” deyənlərin isə faiz nisbəti 27 olub. Bu sualı müsbət cavablandıranların sayı Yaxın Şərq və Şimali Afrikada 77 faiz olub. Asiya üzrə bu rəqəm 71 faiz göstərilib. Sorğuda iştirak edən ABŞ vətəndaşlarının 44 faizi döyüşməyə istəkli olduğunu deyib.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol