• $
  • €
  • ₽
  • ₺
  • £

Məhşur alim: "Xərçəng ən yaxşı və romantik ölüm formasıdır”

Məhşur alim: "Xərçəng ən yaxşı və romantik ölüm formasıdır”
03.01.2015 13:32
Məşhur ingilis alim xərçəngin "yaxşı ölüm forması” olduğunu açıqlayıb. 

ANN.Az Axar.az-a istinadən xəbər verir ki, tibb dünyasının ən çox oxunan jurnallarından biri "Britaniya Tibbi Jurnalı”nın ("British Medical Journal” – BMJ) keçmiş nəşriyyat redaktoru və ingilis alim Riçard Smis jurnalın bloqunda xərçəng xəstəliyi ilə bağlı mübahisələrə səbəb olacaq açıqlamalar verib. Xərçəngi "ən yaxşı və romantik ölüm forması” olaraq xarakterizə edən Smis belə deyib: "Xərçəng araşdırmalarına milyardlar xərcləmək bədxərclikdir. Bunu dayandırmaq lazımdır”. Alim sayıqlama tipli açıqlamalarına belə davam edib: "Xərçəng olduğunuzu öyrənəndə insanlarla vidalaşa, həyatınız haqqında düşünə, son mesajınızı yaza, sizin üçün xüsusi olan yeri son dəfə ziyarət edə, ən sevdiyiniz musiqiləri dinləyə, inancınıza görə edilməli olan ayinləri yerinə yetirə bilərsiniz. Bunun ölümə romantik baxış forması olduğunu bilirəm. Eyni bu cür romantik ölümə eşq, narkotik, morfi və ya içkiylə də çata bilərsiniz. Həddindən artıq ciddi xərçəng mütəxəssislərindən uzaq durun, xərçəngi məğlub etmək üçün milyardlar xərcləməyin. Çünki xərçəngə qalib gəlsəniz, özünüzü daha qorxunc ölümlərə məhkum edərsiniz”.
 
Xatırladaq ki, Dünya Sağlamlıq Təşkilatının məlumatına görə, hər il dünyada 14 milyondan çox insana xərçəng diaqnozu qoyulur. Bunlardan 8 milyonu vəfat edir. İllik xərçəngli xəstə sayının 2025-ci ilə qədər 19 milyona, 2030-a qədər 22 milyona çıxacağı təxmin edilir. 2014-cü ildə xərçəngin dünya üzrə iqtisadi xərci 1.3 trilyon dollara çatıb.  

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol