ilk qaradərili senator öldü

ABŞ Senatına seçilmiş ilk qaradərili (afroamerikalı) respublikaçı Edvard Bruk 96 yaşında vəfat edib.
2009-cu ildə Barak Obama Bruku konqresin qızıl medalı ilə mükafatlandırmışdı.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Associated Press Respublikaçılar Partiyasına istinadən məlumat yayıb. Edvard Bruk prezident Barak Obama da daxil olmaqla indiyə qədər Senata seçilmiş 10 qərədərilidən birincisidir. O, Senata 1966-cı ildə gəlib.
Bundan əvvəl isə Bruk Massaçusets ştatının baş prokuror vəzifəsini tutub.
12 il Senatda işləyən Edvard Bruk məşhur Uotergeyt qalmaqalından sonra prezident Riçard Niksonu istefaya çağıran ilk respublikaçı senator olub.
ANN.Az
























