• $
  • €
  • ₽
  • ₺
  • £

Qondarma “Luqansk Xalq Respublikası”nın baş prokuroru azərbaycanlıdır

Qondarma “Luqansk Xalq Respublikası”nın baş prokuroru azərbaycanlıdır
04.01.2015 15:30
Ukraynanın şərqindəki qondarma "Luqansk Xalq Respublikası”nda "Betmen” ləqəbli batalyon komandirinin öldürülməsi, adamlarının həbs olunması ətrafında qalmaqal davam edir.


"Luqansk Xalq Respublikası”nın "baş prokuroru” Zaur İsmayılov yanvarın 1-də "milis qüvvələri ilə atışmada” öldürülən, "Betmen” ləqəbli komandir Aleksandr Bednovun və adamlarının yerli sakinlərə işğəncə verdiyini açıqlayıb.


Z.İsmayılov deyib ki, "Betmen” və adamları azı 13 yerli sakini oğurlayıb, onlardan pul tələb edib və işgəncə veriblər. Nəticədə oğurlananlardan biri ölüb.


O, "Betmen”in bandasının digər cinayət əməllərinə yol verdiyini də deyib. "Baş prokuror” deyib ki, "Betmen”in dəstəsinin 6 üzvü həbs edilib, qalanların axtarışı gedir. O, "Betmen” və adamlarının əməllərindən ziyan çəkənləri "prokurorluğa müraciət etməyə” çağırıb.


"Hazırda istintaq 18 epizod üzrə işləyir, bu, hələ son deyil” - İsmayılov bildirib.


Xatırladaq ki, "Betmen”lə birlikdə onun mühafizəçilərindən olan "Ramil” ləqəbli Azərbaycan vətəndaşı da öldürülüb. "Betmen”in tərəfdarları isə onun "Luqansl qəhrəmanı” olduğunu, qondarma "Luqansk Xalq Respublikası”nın rəhbəri İqor Plotnitskinin adamları tərəfindən öldürüldüyünü bildirirlər.


Qeyd edək ki, qondarma "Luqansk baş prokuroru” olan Zaur İsmayılov da azərbaycanlıdır, atasının adı Raufdur. Z.İsmayılov Donbasdakı silahlı münaqişəyə qədər Luqansk Vilayət Prokurorluğunda şöbə müdiri işləyib.
 
 
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol