• $
  • €
  • ₽
  • ₺
  • £

Ənvər Yücel: "Qafqazda ən böyük hədəfimiz Azərbaycandır"

Ənvər Yücel: "Qafqazda ən böyük hədəfimiz Azərbaycandır"
05.01.2015 17:32
ANN.Az AZXEBER.COM-a istinadən Türkiyənin Bahçeşehir Univeristetinin sahibi və Mütəvəlli Heyət Başqanı Ənvər Yücelin müsahibəsini təqdim edir.

Müsahibimiz bir neçə gün bundan öncə BMT Jurnalistlər Dərnəyi tərəfindən "Qlobal Təhsilə qayğı" mükafatı alıb. Ənvər bəylə söhbətimiz də məhz bu sualla başladı.

- Ənvər bəy, ilk olaraq sizə "Qlobal Təhsilə qayğı” mükafatı almağınız səbəbiylə təbrik edirik. Dünyada bu sahədə mükafatı alan ilk türk olan Ənvər Yücəl üçün bu mükafat sürpriz oldumu? Belə bir mükafatı gözləyirdinizmi?

- Təbrikə görə təşəkkür edirəm. Bizim təhsil sahəsində həm Türkiyədə, həm də dünyada gördüyümüz çox sayda iş var. Bizə bu mükafatı qazandıran isə daha çox yardımsevərlik oldu. Bu mükafatı almağımızda daha çox Türkiyədə maddi imkanı az olan tələbələrə etdiyimiz yardımlar rol oynadı. Bundan başqa başda Somali, Mərakeş, Cibuti olmaqla Afrikada yaşayan tələbələrin İstanbula gətirilərək, burada təhsil almalarına yardım etməyimiz də rol oynadı. Biz dünyada sülhə, təhsilə dəstək olduğumuz üçün bu mükafatı aldıq. Biz deyirik ki, bütün mədəniyyətlər insanlıq üçündür və mədəniyyətlərin bir-birindən üstünlüyü ola bilməz. Mədəniyyət, təhsil insanlıq çox önəmlidir və hər kəsə lazımdır. Bizim mədəniyyətləri təbliğ edən filmimiz dünyanın 100-dən çox ölkəsində yayımlanıb. Bu mükafata görə çox sevincli və məmnunuq.

- 36 ildir ki, təhsil dünyasındasız. Sizcə Türkiyə təhsili ilə dünya təhsil sisteminin oxşar və fərqli cəhətləri hansılardır?

- Bildiyiniz kimi, Türkiyə unitar bir dövlətdir və burada yaşayan insanların birlikdə yaşaması, oxuması önəmlidir. Təhsilimizin fərqli cəhət odur ki, məsələn ABŞ-da 50 ştat var və bütün ştatlarda təhsil fərqlidir, amma indi baxırıq ki, onlar da tək təhsil sistemi üçün çalışırlar. Türkiyə Cümhuriyyəti isə Osmanlı köklərindən qurulan bir dövlətdir, bizim çox böyük və zəngin tariximiz var. Vəqf (fond) anlayışı dünyaya Osmanlıdan yayılmış bir sistemdir. Bizim təhsil sistemiz hər zaman dünyaya örnək olub və dünya ölkələri bizim sistemizdən yararlanıb. Türkiyədəki təhsili dünyayla müqayisə edəndə görürük ki, bizdə təhsil bütün cəmiyyəti eyni anda idarə edə bilir və mərkəzləşdirilmiş sistemdir. Fərqli cəhəti isə odur ki, bizdə təhsil daha elastikdir.

- Mütəvəlli Heyəti Başqanı olduğunuz Bahçeşehir Universitetinde çox sayda xarici tələbə oxuyur. Sizcə xaricilər nəyə görə sizin universiteti seçirlər?

- Siz bir bizim mənzərəmizə baxın (gülür) Bahçeşehir Universiteti 1999-cu ildə qurulub və Türkiyədə yaradılan ilk vəqf universitetlərindəndir. Hazırda Türkiyədə 70-ə yaxın vəqf universiteti var, Bahçeşehir bunların ən tarixilərindən hesab olunur.

Biz universiteti quranda qarşımıza məqsəd qoyduq ki, beynəlxalq universitet olacağıq, dedik ki, qloballaşan dünyaya qapımızı açacağıq. Bu özünü həm müəllimlərimiz, həm də tələbələrimiz baxımından göstərəcək. Biz universitetimizin sadəcə türk tələbələrdən ibarət olmasını istəmədik. Dünyada statistika aparsaz, şahid olarsız ki, fərqli ölkələrdən, fərqli mədəniyyətlərdən olan ən çox tələbəni birləşdirən 5 universitetdən biri Bahçeşehir universitetidir. Bizdə hər 6 tələbədən 1-i xaricdən gələn tələbədir. Biz onlara xarici də demək istəmirik, onlar bizim tələbələrimizdir. Bahçeşehir universitetinin 18 min tələbəsindən 2600-ü xaricdən gələn tələbələrdir. Bu sayı daha da artırmaq istəyirik. Eyni zamanda xarici müəllimləri də cəlb etməyə davam edirik.

- Xarici tələbələri universitetinizə necə cəlb edirsiz?

- Dünyada müxtəlif ölkələrdə təhsil fuarları, toplantıları keçirilir. Biz bütün bu tədbirlərdə aktiv iştirak edirik. Bizim işçilər ilin maksimum 1 ayını İstanbulda keçirirlər. Onlar ilboyu dünyanı gəzirlər, universitetimizi tanıdırlar. Bahçeşehir Universiteti İstanbuldadır, İstanbulun qəlbindədir. Biz həm də tələbələrimizə Vaşinqtonda, Berlində, Romada, Honq-Konqda oxumaq şansı yaradırıq.

- Bahçeşehir Universitetinin ən böyük hədəfi nədir?

- Biz qarşımıza məqsəd qoymuşuq ki, 2023-cü ildə dünyanın ən yaxşı 500 universitetindən biri olacağıq. 15 ildə gəldiyimiz yer bizi çox məmnun edir, başqa universitetlər bu uğuru 50 ilə qazanır. Hazırda 18 min tələbəmiz var. Həm tələbələrimizdən, həm dünyadakı reytinqimizdən, həm də müəllimlərimizdən razıyıq. Əminəm ki, hədəfimizə çatacağıq.

- Ənvər bəy, universitetinizdə oxuyan azərbaycanlı tələbələrin səviyyəsini necə qiymətləndirirsiz?

- Öncə onu vurğulayım ki, Türkiyə xaricindən gələn hər bir tələbə yaxşı təhsil alacam deyə yola çıxmış tələbədir və biz bunu çox yüksək qiymətləndiririk. Bu baxımdan bütün xarici tələbələrimizi dəyərləndiririk. Amma onu vurğulamalıyam ki, Azərbaycan bizim üçün çox fərqli və özəl ölkədir. Bura gələn tələbələr bilirlər ki, qardaş ölkənin torpaqlarına gəliblər, xaricə getməyiblər. Onlar öz ölkəsində, öz dilində, öz dinində danışan sadəcə dəyişik bir universitetə gəliblər. Müəllimlərimizin dediklərinə əsaslanıb söyləyə bilərm ki, Azərbaycandan gələn tələbələrin performansı çox yüksəkdir.

- Dünyanın bir çox ölkəsində universitetləriniz, kampuslarınız var. Gələcəkdə Azərbaycanda da filial açmaq fikriniz varmı?

- Sizə özəl olaraq deyim ki, yeni universitetimizi Gürcüstanın Batumi şəhərində açacağıq. Ancaq Qafqazda ən böyük hədəfimiz Azərbaycandır. Çünki Azərbaycan Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsidir. Orada universitet, kampüs açmaq fikrimiz və niyyətimiz var.

- Son olaraq azərbaycanlı oxuculara nə demək istərdiz..

- Öndərlərimizin dediyi kimi, Azərbaycan – Türkiyə 1 millət, 2 dövlətdir. Bizim mədəniyyətimiz, dilimiz, diniimiz eynidir. Bizim dostluğumuzun, qardaşlığmızın daha da inkişaf etməsi lazımdır. Bu səbəblə Türkiyədən Azərbaycanda eynilə də oradan-bura tələbələr gəlib-getməlidir. Əminəm ki, bizim universiteti bitirən azərbaycanlı tələbələr də hər zaman dostluğumuzun, qardaşlığımızın, birliyimizin daha da möhkəmlənməsi üçün çalışacaq.

ANN.Az
 








Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol