• $
  • €
  • ₽
  • ₺
  • £

Navalnıy ev dustaqlığı şərtlərinə riayət etməkdən imtina etdi

Navalnıy ev dustaqlığı şərtlərinə riayət etməkdən imtina etdi
05.01.2015 18:25
Rusiya müxalifətinin liderlərindən biri olan Aleksey Navalnıy ev dustaqlığı şərtlərinə riayət etməkdən imtina edib.

Müvafiq məhkəmə hökmünün surətini 5 sutkadan çox gözlədiyini deyən A. Navalnı sənədin hələ də ona təqdim edilməməsinə etiraz olaraq ev dustaqlarının daşımalı olduğu "izləmə qolbağı”nı mətbəx bıçağı ilə kəsərək, şəklini bloqa yerləşdirib.

"Mən hər hansı sənəd olmadan ev dustağıyam. Qardaşım Oleq isə kamerada oturur. Axı adi halda heç bir təcridxana hökm olmadan insanı öhdəsinə götürməz. Yadınızdadırsa, hökmün oxunmasını qanunsuz olaraq "hökm hazırdır” bəhanəsi ilə yanvarın 15-dən dekabrın 30-a keçirdilər. Yəni, 139 cildlik cinayət işi və onlarla şahidin ifadəsi hakim Korobçenko tərəfindən 6 gün ərzində diqqətlə təhlil olunub. Bununla belə, ayın 30-da hökmü düz 7 dəqiqə ərzində səsləndirdilər. Amma oxuduqlarını bizə vermədilər, dedilər ki, hazır deyil”, - deyə o vurğulayıb.

A. Navalnıy bununla da apellyasiya şikayəti vermək imkanlarının məhdudlaşdırıldığını qeyd edib: "Məndən soruşurlar ki, siz apellyasiya şikayətini artıq vermisinizmi? Apellyasiya məhkəməsi nə vaxtdır? Hələ heç bir apellyasiya şikayəti yoxdur, ola da bilməz. Nə qədər ki, hökm əlimizdə yoxdur, biz ondan şikayət edə bilmərik”. //apa.az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol