• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın sabiq baş naziri: “Son lap yaxındadır"

Rusiyanın sabiq baş naziri: “Son lap yaxındadır"
05.01.2015 23:32
Rusiya iqtisadiyyatının 2015-ci il üçün proqnozları dəhşətli olsa da, ruslar yeni ili ümidlə qarşıladılar. Rublun düşməsinə baxmayaraq, bəziləri əvvəl olduğundan daha çox imkanlar əldə etdiklərini deyir. Qərblə münasibətlərdə gərginlik də daxil edilməklə, ölkədəki siyasi böhranın hökm sürdüyü bir vaxt prezident Vladimir Putinin xalqa Yeni İl müraciəti ruslara ilham verdi.

Yeni İl gecəsi Moskvanın Qızıl Meydanındakı atəşfəşanlıq keçmişdə olduğu kimi ruh yüksəkliyi ilə qarşılandı. "Biz Rusiyaya ən yaxşı, ən gözəl həyat diləyirik. Rusiya qalib gələcək. Rusiya həmişə güclü olub. Rusiya İrəli!” deyə, Aleksey adlı Moskva sakini bildirir.

Lakin neft qiymətlərinin düşməsi ilə Qərbin Rusiyaya qarşı həyata keçirdiyi sanksiyalar birlikdə bu il ölkə iqtisadiyyatındakı tənəzzülü daha da dərinləşdirəcək.
Rusiya rublunun dəyərinin kəskin şəkildə düşməsi sadə rusları çaşqın qoyub.

Moskva sakini Yelena: "Mən valyuta məzənnəsinin necə dəyişdiyini hər gün izləyirəm, sadəcə maraqlanıram, qiymətlərin düşüb-qalxmasının mənə təsiri yoxdur. Əgər sənin heç nəyin yoxdursa, sən nə itirə bilərsən?”

Hətta prezident Putin ruslara qarşıda çətinliklərin olacağı barədə xəbərdarlıq etdi. "Qarşıdan gələn il bir çox problemin öhdəsindən birlikdə gələcəyik. Bizim hər birimiz bunu etmək istədiyimiz üçün bu ilin nəticələri effektiv olacaq. Sadəcə başqa çarəmiz yoxdur.”

Lakin cənab Putin onu da əlavə etdi ki, Rusiya bütün çətinliklərin öhdəsindən yaxın zamanda gələcək. Cənab Putinin opponentləri isə məsələyə bədbin yanaşır.

Rusiyanın sabiq baş naziri Mixail Kasyanov: "Son lap yaxındadır. Ölkə dərin böhran qarşısındadır. Mən bunu hiss edirəm. Ona görə də deyirəm ki, insanlar küçələrə çıxıb, vəziyyətin dəyişməsini tələb edəcək və biz də buna yardım edəcəyik. Mən 2015-ci ilin əhəmiyyətli və tarixi il olacağını düşünürəm.”

Rusiyanın maliyyə üzrə rəsmiləri iqtisadiyyatdakl tənəzzülün qarşısının alınması üçün bəzi təkliflər irəli sürür. Metalinvestbank-dan Sergey Romançuk: "Ümumi siyasətdə azacıq təkmilləşmə də bazarların güclənməsinə yardım edir.”

Ən son rəy sorğuları prezident Putinə xalq arasında dəstəyin hələ də 70-80 faiz civarında olduğunu göstərir. Bu dəstəyi ən çox su və elektrik çatışmazlığından əziyyət çəkən, Rusiyanın ilhaq etdiyi Ukrayna ərazisi Krımın rusdilli əhalisində görmək olur.

"Şəhər sakinləri ilə birlikdə bu meydana Yeni İli qarşılamaq və Putini görmək üçün gəlmişik. Onlar evlərə elektrik veriləcəyinə söz veriblər. Lakin biz buraya doğrudan da Putini görməyə gəlmişik”  deyə, Sevastopol sakini Natalya Abramenko  bildirir.

Krımın ilhaqı və Moskvanın Uktraynanın şərqindəki separatçılara dəstəyi Qərbin qınağına və Rusiyanın iqtisadi tənəzzülünə səbəb oldu. Bəzi ruslar məsələyə fəlsəfi yanaşırlar. "Biz optimist olmağa öyrəşmişik, çünki gülməsən, dəli olarsan” deyə, Anastasiya bildirir. /Amerikanın səsi/
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol