• $
  • €
  • ₽
  • ₺
  • £

"The Hill”: "ABŞ Qarabağ münaqişəsində təşəbbüsü Rusiyaya verdi"

"The Hill”: "ABŞ Qarabağ münaqişəsində təşəbbüsü Rusiyaya verdi"
06.01.2015 14:01
"Azərbaycan İsrail üçün dost və Qərb üçün əsas neft-qaz ixracatçılarından biridir. Lakın buna baxmayaraq, ABŞ İsrailin dostundan uzaq durmağa üstünlük verir".

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin nəşri olan "The Hill” qəzetində dərc olunmuş məqalədə bildirilir.

Nəşr Azərbaycan-İsrail münasibətlərinə toxunaraq yazır ki, İsrailin idxal etdiyi neftin 50%-i Azərbaycandan gəlir: "Azərbaycan isə İsraildən silah əldə edir, çünki ABŞ Azərbaycan və Ermənistan arasında mövcud olan münaqişəyə görə Azərbaycana silah sata bilmir”.

Məqalənin müəllifi Raul Kontreras Azərbaycan və Ermənistan arasındakı münaqişəyə toxunaraq xatırladır ki, 23 üç il əvvəl Rusiyadan dəstək alan Ermənistan ordusu Azərbaycana hücum edərək ölkənin xeyli ərazisini işğal edib: "Ermənistan 1 milyona yaxın azərbaycanlını öz yurd-yuvasından qovub".

Yazıda ermənilər tərəfindən Xocalıda törədilən soyqırıma diqqət çəkilərək qeyd edilir ki, ABŞ və Avropa jurnalistləri bu qanlı hadisənin canlı şahidləri olublar: "Bu hadisələri ancaq soyqırım adlandırmaq olar".

Məqalədə bildirilir ki, Azərbaycan  İsrailə qurduğu dostluq münasibətlərinə bənzər şəkildə ABŞ-la da dost olmaq istəyir, lakin hər cür məntiqə zidd olaraq Obama administrasiyası İsrailin dostu ilə işbirliyindən uzaq durmağa üstünlük verir: "Rusiya Azərbaycanı Avrasiya İttifaqının bir hissəsinə çevirmək istəyir. Obama administrasiyası Cənubi Qafqazda və Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü Rusiyaya verib”.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol