Müktəda Əs Sədrdən xəbərdarlıq: "Paris hadisələri sonun başlanğıcı ola bilər"

İraqın nüfuzlu şəxslərindən biri, şiə alimi Müktəda Əs Sədr Parisdə baş vermiş terror hadisəsinə və ondan sonra Avropada başlatılan siyasi kampaniyaya münasibət bildirib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Müktəda Əs Sədr terror aktının yanlış olduğunu, eyni zamanda satirik jurnallarda müsəlmanları və islamı təhqir edən yazı və şəkillərin fikir-ifadə azadlığı olaraq qəbul edilməsini pislədiyini deyib. O, Avropa ölkələri liderlərinin İslama yönəlik hörmətsizlik məsələsində lazımi addımlar atılmayacağı təqdirdə çox pis hadisələrin baş verəcəyini dilə gətirib.
O, bir daha vurğulayıb ki, Avropa ölkələri dinlərin və dindarların təhqir edilməsi ilə bağlı faktlarla bağlı qanuni yollar aramalıdırlar: "Eyni zamanda günah olan sayqısızlıq fikir azadlığı deyil, tam anlamında nəzakətsizlik və məzhəbçi, dinbaz, irqbaz və etnik münaqişələrin atəşinə benzin tökmək kimi qəbul edilmılidir. Əgər Avropa ölkələri bu prosesin qarşısını qanuni yollarla almasa, daha pis hadisələr baş verə bilər. Bir qzəet redaksiyasına bu şəkildə hücum etmək İslam əxlaqına ziddir. Eyniz amanda franszıların da məscidlərə hücum etmək haqqı yoxdur".
Din alimi onu da qeyd edib ki, bu cür qarşılıqlı hücumlarla məsələnin həllini tapmaq mümkün deyil: "Əgər problem sülh və dialoq yolu ilə, din alimlərinin hikmətləriylə çözülməzsə, mənşəyi və mənbəyi bilinməyən terroristlər bu durumdan istifadə edəcək. Biz əvvəl də xəbərdarlıq etmişdik ki, bu terroristlərin məqsədi öz təsirlərini bütün Avropaya yaymaqdır".
M.Sədr sonda bütün dünya liderlərinin bir araya gəlməsini, rəsmi şəkildə qarşılıqlı anlaşma müqaviləsi imzalamasını tövsiyə edib: "Əks halda Paris hadisələri sonun başlanğıcı olacaq".
ANN.Az