• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni Şeyx Nəsrullah peyda olub - ölü dirildir

Yeni Şeyx Nəsrullah peyda olub - ölü dirildir
14.01.2015 18:23
Böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin qəhrəmanı Şeyx Nəsrullahın prototipi varmış. Amma bir qədər Azərbaycandan uzaqda, qərbi Afrika ölkəsi olan Keniyada.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Samuel Kanundu ölüləri diriltmək məharətinə malik olduğunu bildirib. Onun bu məharətini duyan Kvala bölgəsinin tanınmış nəsli ölmüş əzizlərinin dirildilməsi üçün Samuel Kanundunu kəndə dəvət edirlər. O, öz köməkçiləri ilə birgə kəndə gəlir və kənd meydanında ölüdiriltmə mərasiminə başlayır. Gün ərzində rəqslər etməklə, min-bir oyun çıxarmaqla kənd əhalisi qarşısında tamaşa verir, amma ölü dirilmir ki, dirilmir. Tamaşadan bezən kənd əhli onu yalançılıqda günahlandırdıqda o, kəndlilərdən günbatana qədər vaxt istəyir. Amma o zaman da yetişir, ölü isə dirilmir.

Bundan sonra səbri daşan kənd əhli yalançı ölüdirildəni və onun köməkçilərini döyməyə başlayırlar. Samuel Kanundunu kəndə dəvət edən ailə onu müdafiə etmək məcburiyyətində qalır və kəndlilərə deyir ki, əzizləri banan ağacı altında  basdırılmış caduya görə ölüb və buna görə onu diriltmək mümkün olmur. Bundan sonra Samuel və köməkçiləri kənddən qaçıb canlarını qurtara bilirlər.

ANN.Az


Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol