• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynanın yeni parlamentində azərbaycanlı deputat da var

Ukraynanın yeni parlamentində azərbaycanlı deputat da var
29.05.2020 07:19
Ukrayna Ali Radasına son seçkilərdə mandat qazananlar arasında azərbaycanlı da var.

Ukraynanın Azərbaycandakı səfirliyinin I katibi Sabir Rzayevin APA-ya verdiyi məlumata görə, bu şəxs əslən Azərbaycanın Naftalan rayonundan olan Roman Mikayıl oğlu (Mixayiloviç) Nəsirovdur. Yanvarın 14-də R. Nəsirov səfir Eynulla Mədətli ilə görüşüb. Görüşdə Azərbaycanla Ukrayna arasında parlamentlərarası əlaqələrin inkişafı üçün səylərin artırılması, dostluq qrupunun fəaliyyətinin inkişafı, Ukrayna tərəfdən qrupun üzvlərinin formalaşdırılması, Azərbaycana səfərlərin təşkili kimi məsələlər müzakirə olunub. R. Nəsirova səfirlik tərəfindən Ukrayna dilində çap olunmuş Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: mənbələrdən oxunmuş tarix” kitabı, Aleksandr Merejkonun "Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” kitabı, eləcə də Ukrayna-Azərbaycan danışıq kitabçaları hədiyyə edilib. Roman Mikayıl oğlu Nəsirov 1979-cu il martın 3-də Kiyevdə anadan olub. Atası Mikayıl Nəsir oğlu Nəsirov 1976-cı ildə Azərbaycandan Ukraynaya köçüb və ukraynalı xanımla ailə qurub. Bu nikahdan doğulan Roman Nəsirov orta məktəbi Kiyevdə bitirdikdən sonra əvvəlcə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin hüquq fakültəsində, daha sonra isə Şərqi London Universitetində (University of East London, STM) maliyyə və beynəlxalq menecment ixtisası üzrə təhsil alıb. Uzun müddət bank sektorunda fəaliyyət göstərib. Daha sonra "Konkord Kapital” (Kiyev) investisiya şirkətinin Qiymətli kağızlarla ticarət idarəsinin rəhbəri vəzifəsində çalışıb. 2013-cü ilin aprelində Ukrayna Dövlət Ərzaq-Taxıl Korporasiyası İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub və 1 il bu vəzifədə işləyib. 2014-cü il oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən növbədənkənar seçkilərdə prezident Pyotr Poroşenkonun blokundan deputat seçilib.

Parlamentin Gömrük və vergi siyasəti komitəsinin sədridir. Ailəlidir, Mikayıl və Aleksandr adlı iki övladı var.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol