• $
  • €
  • ₽
  • ₺
  • £

3D printerdə çap olunmuş avtomobil

3D printerdə çap olunmuş avtomobil
29.05.2020 06:37
3D printerlə aviasiya mühərrikinin hissələrinə qədər, demək olar ki, hər şeyi çap və yaxud istehsal etmək olar. Burada söhbət artıq printer vasitəsilə, məsələn, avtomobil istehsal etməkdən gedəcək.


 ABŞ-ın Local Motors kompaniyası Detroyt şəhərində keçirilən beynəlxalq avtosalonda 3D printer vasitəsilə hazırlanmış avtomobilin buraxılması barədə məlumat verib.


Çəkisi 800 kiloqram olan avtomobilin istehsalı üçün hazırda 44 saat vaxt lazım gəlir. Kompaniya ilin axırına qədər bu zamanı 20 saat azaldaraq 24 saata, növbəti mərhələdə isə daha iki dəfə qısaldaraq 12 saata endirməyi planlaşdırır.


Saatda 40 kilometr sürətlə hərəkət edən ikinəfərlik avtomobil bütünlüklə printerdə çap olunub və 212 laydan ibarətdir.


Avtomobil qaraja qoyulmadan, ən sərt iqlim şəraitində, açıq havada saxlanılsa, istifadə müddəti 5-6 il təşkil edəcək. Örtülü məkanda isə təbii ki, bu müddət bir neçə dəfə artacaq.
 


"Strati” adlandırılan avtomobilin 15 min avrodan bir qədər baha olacağı gözlənilir.
 
 
AzərTac

World's first 3D-printed car is born in Detroit euronews-en
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol