• $
  • €
  • ₽
  • ₺
  • £

“Allah niyə bunların baş verməsinə yol verir?”

“Allah niyə bunların baş verməsinə yol verir?”
19.01.2015 18:38
Roma papası Francis Maniladakı universitetlərdən birində 12 yaşlı qızın ona verdiyi belə bir sualdan sarsılıb.

Roma papası Francis Maniladakı universitetlərdən birində 12 yaşlı qızın ona verdiyi belə bir sualdan sarsılıb.

Yoxsulların və əzilənlərin himayədarı kimi ad çıxarmış Papa ailəsi tərəfindən atılmış qızın bu sualından sonra onu qucaqlayıb və dizi üstündə oturdub.

Glyzelle Palomar müqəddəs ataya bu sualı verərkən hönkürürdü: "Bir çox uşaqlar narkotiklər və fahişəliklə məşğul olurlar. Niyə Allah bunların başımıza gəlməsinə yol verir? Axı uşaqların heç nədə günahı yoxdur”.

Roma papası sualdan özünü o qədər itirib ki, əvvəlcədən hazırlanmış çıxışının ingiliscə mətnini bir kənara qoyaraq, uşağa özünün doğma ispan dilində cavab verib.

Cavabsız sual

"O cavabı olmayan sual verənlərdən yalnız biridir, - deyib Francis ata, - əslində o bu sualı sözləri ilə yox, göz yaşları ilə ifadə edib”.

Öz çıxışında insanları imkansızlara rəğbətli olmağa çağıran Francis sözünə davam edib: "Mən sizi özünüzə suallar verməyə dəvət edirəm. "Mən ac bir uşaq görəndə, küçələrdə narkotik maddə qəbul edən, evsiz, atılmış, namusuna toxunulmuş, cəmiyyətin qul kimi işlətdiyi bir bir uşaq görəndə hönkürməyi, ağlamağı öyrənə bilmişəmmi?”

Mətbuat yazır ki, sözü gedən qız uşağı ailəsi tərəfindən atıldıqdan sonra onu bir kilsənin icması himayəyə götürüb.

Uşaq Papaya sualını müqəddəs atanın baş çəkdiyi Filippin Katolik Universitetindəki görüşdə verib.

Bundan sonra Roma papası Francis Rizal Parkda 3 milyon insanın qatıldığı kütləvi ibadətdə iştirak edib.

Adamların burada parkın qapılarının açılması üçün bütün gecəni gözlədikləri xəbər verilir.

Azadliq.org
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol