• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda yerli polis sərxoş rus hərbçilərlə üz-üzə

Ermənistanda yerli polis sərxoş rus hərbçilərlə üz-üzə
19.01.2015 16:33
Ermənistanın Gümrü şəhərində rus hərbçilərinə qarşı etiraz artır.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün erməni polisinin Gümrüdə iki sərxoş rus hərbçisini saxladığı haqda məlumat yayılıb. Ermənistanın "Qala" telekanalı əməkdaşı iki sərxoş rus hərbçisinin bir-birilə dava etdiyini və mülki geyimdəki erməni polisin onları saxlayaraq polis bölməsinə apardığı məlumatını verib.

Sonradan polis bölməsi xəbəri təkzib edərək rus hərbçilərin 102-ci bazada olduqlarını bildirsə də Ermənistanın "Aykakan Jamanak" qəzeti hadisənin həqiqətən baş verdiyini və şəhərdə yerli sakinlərlə rus hərbçilər arasında narazılığın getdikcə artdığını yazıb. Gümrü şəhərinin meri Samvel Balasanyan da 102-ci hərbi bazanın komandanlığına müraciət edərək hərbi hissədə daxili nizam-intizamı möhkəmləndirməyə çağırıb. Onun müraciəti Gümrüdə yerli sakinlərlə rus hərbçilər arasında münasibətin heç də ürəkaçan olmadığnın göstəricisidir.

Qeyd edək ki, 12 yanvar tarixində Valeri Permyakov hərbi hissəni özbaşına tərk edərək silahla şəhərə gedib və Avenisyan ailəsinin 2 yaşlı uşaq olmaqla 6 üzvünü qətlə yetirib. Sağ qalan 6 aylıq uşaq sinəsində süngü yaraları ilə xəstəxanaya yerləşdirilib. Onun üzərində cərrahiyə əməliyyatı keçirilib.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol