• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov: "Dilqəm Əsgərovun məsələsi erməni tərəfi ilə müzakirə olunacaq"

Lavrov: "Dilqəm Əsgərovun məsələsi erməni tərəfi ilə müzakirə olunacaq"
21.01.2015 15:15
"Əsgərovu erməni tərəfi tutub və bu məsələ erməni tərəfi ilə müzakirə olunacaq”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə Rusiya vətəndaşı Dilqəm Əsgərovun Kəlbəcərdə ermənilər tərəfindən girov götürülməsi ilə bağlı sualı cavablandırarkən deyib.

"Rusiyanın müxtəlif ölkələrdə tutulmuş xeyli vətəndaşı var. Biz daim onların taleyi, bu şəxslərə qarşı irəli sürülən ittihamların ağırlığı, saxlanma şəraiti, saxlanıldıqları ölkənin onlarla bağlı planları ilə maraqlanırıq və bunun əsasında müvafiq qərarlar qəbul edirik. Qərarlar Rusiyanın müvafiq ölkələrlə ikitərəfli münasibətlərində mövcud olan kanallarla qəbul olunur”, - deyə Rusiya XİN başçısı bildirib.

Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm” çıxarıb.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol