• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada erməni milis rəisinə azərbaycanlı müavin təyin olunub

Ukraynada erməni milis rəisinə azərbaycanlı müavin təyin olunub
21.01.2015 17:56
Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev vilayəti üzrə maddi-texniki təchizat və resurs təminatı üzrə idarəsinin rəisi, vilayət milisinin rəis müavini vəzifəsinə azərbaycanlı təyin olunub.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, bu, milis polkovniki Qarayev Elbrus Qələndər oğludur.

E. Qarayev açıqlamasında 1968-ci ildə Azərbaycanın Tovuz rayonunun Qaraxanlı kəndində anadan olduğunu deyib: "1986-88-ci illərdə sovet ordusunun Kiyevdə yerləşən hərbi hissəsində xidmət keçdikdən sonra burada İnşaat Mühəndisləri İnstitutunu, daha sonra isə Ukrayna Milis Akademiyasını bitirmişəm. Uzun müddət "Berkut” xüsusi təyinatlı milis dəstəsində, sonra mühafizə milisində rəhbər vəzifələrdə çalışmışam. Hazırkı vəzifəm vilayət milis rəisinin müavini səviyyəsində olsa da, birbaşa idarəmizin tabe olduğu nazirliyin baş idarə rəisinə məruzə edirəm. Vəzifəm Kiyev vilayəti üzrə bütün milis orqanlarının maddi-texniki təchizatını əhatə edir”.

Kiyev vilayətinin milis rəisinin milliyətcə erməni (polkovnik-leytenant Vadim Troyan) olmasına münasibət bildirən E. Qarayev qeyd edib ki, onunla münasibətlərində heç bir problem yoxdur: "Heç onun erməni olması yada düşmür”.

Azərbaycanlı polkovnik Ukraynadakı Azərbaycan diasporu ilə sıx əlaqəsi olduğunu da əlavə edib.

Xatırladaq ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov da miliyyətcə ermənidir.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol