• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən yüksək texnologiyalı şəhəri açıqlandı

Dünyanın ən yüksək texnologiyalı şəhəri açıqlandı
24.01.2015 15:40
Maliyyə və daşınmaz əmlak sahəsində xidmətlər göstərən "Jones Lang LaSalle” (JLL) şirkəti Davosda keçirilən Ümumdünya İqtisadi Forumu üçün ikinci illik "City Momentum Index” (CMI) reytinqini hazırlayıb.

Reytinqdə qısamüddətli perspektivdə müsbət sosial-iqtisadi dinamika və kommersiya daşınmaz əmlak bazarında artım nümayiş etdirəcək, eləcə də uzunmüddətli uğur üçün möhkəm bazaya malik olan şəhərlər yer alıb.  

Tədqiqat çərçivəsində dünyanın 120 şəhəri öyrənilib və daha sürətli inkişaf edən 20 şəhər müəyyən edilib. "CMI” reytinqini tərtib edən "JLL” analitikləri təkcə hazırkı iqtisadi göstəriciləri deyil, həm də daha dinamik inkişaf edən dünya mərkəzlərinin uğurunu şərtləndirəcək amilləri nəzərə alıblar.

2015-ci il reytinqində birinciliyə  London, San-Hose, Pekin, Şenjen və Şanxay şəhərləri layiq görülüb. İlk iyirmiliyə həmçinin altı yeni şəhər  - Hoşimin (6-cı yer), Sidney (11), Dublin (14), Nayrobi (15), Melburn (16) və Nankin (20) daxil olub.

Dünyanın bir neçə yüksək texnologiyalı şəhəri, o cümlədən London (1), San-Hose (2), Boston (7) və San-Fransisko (9) ilk iyirmilikdə öz mövqeyini qoruyub. Texnoloji sektor sayəsində ilk iyirmiliyə yeni şəhərlər - Sidney (11), Banqalor (12), Dublin (14), Nayrobi (15) və Melburn (16) da daxil ola bilib.

"CMI 2015”-də ümumilikdə birinci yeri tutan Londonun mövqeyini davamlı iqtisadi göstəricilər, transsərhəd investisiyaları, müsbət proqnozlar və qlobal texnoloji mərkəz reputasiyası gücləndirib, - "IT Expert” yazır.  



ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol