• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniya hökuməti ermənilərin uydurma "məhkəmə qərarı"nı tanımadı

Britaniya hökuməti ermənilərin uydurma "məhkəmə qərarı"nı tanımadı
29.05.2020 03:34
Böyük Britaniya XİN-in dövlət naziri, baronessa Anelay qondarma "DQR”i də tanımadıqlarını bəyan edib

Böyük Britaniya Xarici İşlər Nazirliyinin dövlət naziri, baronessa Coys Anelay Britaniya hökumətinin qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımadığını bəyan edib.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, baronessa Anelay bunu lord Con Teylor Kilkluninin parlamentdə ona ünvanladığı suala cavabında bildirib.

Lord Kilkluninin sualı yaxınlarının işğal olunmuş Azərbaycan ərazilərindəki məzarlarına baş çəkərkən Ermənistan əsgərləri tərəfindən pusquya salınan və əsir götürülən iki azərbaycanlı mülki şəxsin - Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyi ilə bağlı olub.

Britaniyanın Dağlıq Qarabağdakı separatçı rejimi tanımaması ilə yanaşı, baronessa Anelay həmçinin qeyd edib ki, Britaniya hökuməti sualda qeyd edilən məhkəmə icraatının hüquqi bazasını da tanımır. Nazir Böyük Britaniya hökumətinin iki əsirin taleyi məsələsini Beynəlxalq Qırmızı Xaç Komitəsi qarşısında qaldırdığını söyləyib.  

Qeyd edək ki, Britaniya XİN-in dövlət naziri vəzifəsi nazir müavini statusunda olan vəzifədir.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol