• $
  • €
  • ₽
  • ₺
  • £

Kasperski “ağıllı” televizorları hakerlərin yeni hədəfi adlandırıb

Kasperski “ağıllı” televizorları hakerlərin yeni hədəfi adlandırıb
28.01.2015 23:59
Hakerlərin smartfonlardan sonra növbəti hədəfi "ağıllı” televizorlar olacaq. "Kasperski Laboratoriyası" antivirus şirkətinin baş direktoru Yevgeni Kasperski "Bloomberg” nəşrinə müsahibəsində yazıb.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru” saytına istinadən bildirir ki, "iPhone” smartfonu kompüterə qoşulduqda ona müdaxilə edən troyanlar mövcuddur. "Ağıllı” televizorlar növbəti olacaq" – o, agentliyə deyib.

Məsələn, kibercinayətkarlar hesabın blokdan çıxarılması üçün ödənişli SMS mesaj göndərməyi tələb edə bilərlər. Kasperskinin proqnozuna görə, onlayn məzmunun satın alınması üçün istifadə edilən hesabdan pulun oğurlanması digər bir nümunə ola bilər.

O, həmçinin bildirib ki, pirat proqram təminatı və iqtisadi böhrandan antivirus məhsullarına tələbatın azalması səbəbindən cari ildə onun şirkətinin dövriyyəsi azala bilər. Bundan başqa Kasperski deyib ki, onun şirkəti üçün əsas bazar Avropadır.

"Smart TV” – sonuncu nəsil televizorlardır, əsas xüsusiyyəti internetə qoşulma və proqramların quraşdırılması imkanına malik olmasıdır.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol