• $
  • €
  • ₽
  • ₺
  • £

Abdulla Öcalan həbsxanada kitab yazdı - FOTO

Abdulla Öcalan həbsxanada kitab yazdı - FOTO
29.01.2015 12:20
Satışa çıxarılan kitab "Kürd sorunu ve kemokratik ulus çözümü" adlanır.

ANN.Az "haberturk"ə istinadən xəbər verir ki, indiyə qədər 20-dən çox kitaba imza atan Abdulla Öcalanın növbəti kitabı dərc edilərək satışa çıxarılıb.
 
 
 
 
 
Əsasən, İmralı həbsxanasında  2010-cu ilə qədər keçiridiyi günlərin qeydlərindən ibarət olan kitabın "Nəticə" bölümündə "İmralı Adasında cəzaevi yaşamına dair" başlığı altında kürd lider bunları qeyd edib:

"Səndə civə varmı?"

"Hələ uşaqlıq illərində kəndin ahıl və hörmətli şəxslərindən biri hərəkətlərimi müşahidə edib hələ də xatirəmdən silinməyən belə bir cümlə işlətmişdi: "Lo li ciye xwe rûne, ma di te de ciwa heye?", yəni "yerində otur, səndə civəmi var?"

Əgər mifik tanrılar düşünsəydilər, birisini İmralı qayalarına bağlamaq qəfərə ağır bir cəzanı ağıllarına gətirə bilməzdilər.

"Tam Nazim Hikmətin əksiydim"

"Hələ azadlıqda olarkən həm özümü yalnızlaşdırmış, həm də yalnızlığa qarşı hazırlamışdım. Çox önəmli ailə tellərinə üstünlük verən yaxın qohum-əqrabadan, hətta yaxın dost-tanışdan özümü soyutmuşdum. Qadınla əlaqənin önəmli olmasını bildiyim halda, o da soyuqlaşdırdığım ünsiyyətlərdən biri idi. Tam Nazim Hikmətin əksiydim".

"Mənim üçün heç doğulmayacaq körpə"

"Bu dünyada uşaq sahib olmamaq əhdim vardı. Hələ litseydə müəllimimdən 10 ballıq qiymət alan inşa yazımın başlığı belə idi: "Sən mənim üçün heç doğulmayacaq körpəsən!" Yəqin ki, bu yazı çətin keçən uşaqlıq illərimin işartısı idi. Amma bütün bu yazdıqlarım İmralıda necə səbr etdiyimi, necə dözdüyümü izah etməyə yetməz".

ANN.Az
 
 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol