• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı milyonçular pələng əti yeyirmiş

Azərbaycanlı milyonçular pələng əti yeyirmiş
29.01.2015 17:16
Moskvanın ən böyük bazarında nəsli kəsilməkdə olan heyvanların əti və dərisi tapılıb

Rusiyada azərbaycanlı milyonçuların bazarında polis yoxlama aparıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata "Sadovod" bazarı ərazisində Amur pələngi və leopard əti, dərisi aşkarlanıb. 

Əməliyyatçılar bazarın ərazisində yerləşən "Şanxay" və "Anna-Liza" restoranlarında da yoxlama aparıblar. Burada hüquq mühafizə orqanı əməkdaşları iki heyvan dərisi, onların başlarını, eləcə də 50 kq ət tapıblar. 

Adı qırmızı kitaba düşən heyvanların ovlanması və qanunsuz istifadəsi ilə bağlı cinayət işi açılıb. Şübhəli şəxs qismində bir Vyetnam vətəndaşı da saxlanılıb. 

Xatırladaq ki, qara bazarda bu nadir heyvanların ətinin bir kiloqramı 100 min, başları 250 min rubldur. Dərilərin diqməti isə 700 min rubldan başlayır. Amur pələngi və leopard "Qırmızı kitab"a düşüb. 

Bu heyvanların ətindən şərq mətbəxindəki yeməklərin hazırlanmasında, eləcə də xüsusi dərman preparatlarının hazırlanmasında istifadə edilir. 

Qeyd edək ki, "Sadovod" bazarının sahibləri əsln azərbaycandan olan iş adamları Zaxar İliyev və Qod Nisanovdur. İliyev "Forbes"in "Rusiyanın ən varlıları" siyahısında 35, Nisanov isə 37-cidir. 

Bazardan başqa "Evropeyski" kimi nəhəg ticarət mərkəzi, "Ukrayna" mehmanxanası və bir sıra böyük obyektlərdə adıçəkilən iş adamlarına məxsusdur. 

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol