• $
  • €
  • ₽
  • ₺
  • £

Bu qadın İŞİD-in nəyinə lazımdır?

Bu qadın İŞİD-in nəyinə lazımdır?
30.01.2015 19:39
"Rişavinin heç bir simvolik dəyəri, əhəmiyyəti yoxdur"

İŞİD-in iordaniyalı pilot və yapon jurnalistə qarşı azad olunmasını tələb etdiyi iraqlı kamikadze Sacidə ər Rişavinin qruplaşma üçün əhəmiyyəti bütün dünyada müzakirə mövzusuna çevrilib. 

ANS PRESS-in məlumatına görə, bəziləri qruplaşmanın Rişavini tələb etməsini təəccüblə qarşılayıb. Belə ki, törətməyə çalışdığı kamikadze hücumu uğursuz olduğu üçün ər-Rişavi mənsubu olduğu "əl Qaidə”nin gözündən düşmüşdü. İraqda olan əşirəti isə onu qəbul etmək istəmir. 

"New York Times” qəzetinə müsahibə verən iordaniyalı jurnalist Linda Mayeh terrorçu qadının siyasi və sosioloji heç bir dəyərinin olmadığını deyib: "9 ildir onu heç kim axtarmayıb. Əgər İŞİD onu istəsəydi, ilk gündən niyə axtarmırdı?” 

Beynəlxalq Böhran Qrupundan Yost Hilterman bunun aldadıcı gediş olduğu düşüncəsindədir. 
"Aldadıcı fənd kimi görünür. Mən hesab edirdim ki, İŞİD İordaniyada həbsdə olan daha əhəmiyyətli terrorçularının azadlığa buraxılmasını tələb edəcək”. 

"AFP”yə müsahibə verən İslamçı qruplaşmaların araşdırmaçısı Həsən əbu Haniyənin fikrincə, Rişavinin heç bir simvolik dəyəri yoxdur. 

"Rişavi əl-Qaidənin İraq lideri Zərqavi ilə birlikdə İŞİD terror qruplaşmasının əsasını qoyan qrupun içində idi. İraqlı, sünni və Ənbar əsilli olması xüsusi önəm daşıyır. Həmçinin, keçmiş əmirlərdən birinin bacısıdır və bütün qardaşları öldürülüb” – deyə Həsən əbu Haniyə bildirib. 

2005-ci il noyabrın 9-da əri Əli Şumari ilə birlikdə Əmmanda lüks otellərdən birindəki toy mərasimində bombalı sui-qəsd törətməyə çalışarkən Rişavinin əlindəki pultun işləməməsi onun planını alt-üst edib. Lakin həmin gün Rişavinin əri Şumari və digər iki sui-qəsdçi özlərini partladaraq 60 nəfərin ölməsi ilə nəticələnən hadisəyə səbəb olmuşdular. 

Hücumdan bir neçə gün sonra üzərində pultlu pencəklə televiziyaya çıxaraq hadisəni etiraf edən Rişavi 9 ildir ki, təcridxanada saxlanılır. Qohumlarından birinin polisə məlumat verməsi nəticəsində onun yaxalandığı qeyd edilir.

ANSPRESS
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol