• $
  • €
  • ₽
  • ₺
  • £

Ərəbistanın yeni Kralı maaşları iki qat artırdı

Ərəbistanın yeni Kralı maaşları iki qat artırdı
30.01.2015 13:27
Səudiyyə Ərəbistanının yeni kralı Salman kisəsinin ağzını açıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, kral Salman tələbələrə, məmurlara, təqaüdçülərə, eləcə də əlil şəxslərə ikiqat maaş mükafatı təyin edib, bütün pul cəzalarını əfv edib. Eyni zamanda futbol komandalarına böyük premyalar verməsi barədə sərəncam imzalayıb.

Kral Salman vəzifəsinin icrasına başlaması səbəbilə tələbələrə, məmurlara, təqaüdçülərə 30 milyard dollar dəyərində 2 qat maaş mükafatı ödənilməsini əmr edib. Eyni zamanda o, vətəndaşların ümumilikdə 500 min Səudiyyə Ərəbistanı Riyalı (təxminən 133 min dollar) miqdarında pul cərimələrini bağışlayıb.

Ölkədəki su və elektrik xidmətlərinə yönəlik layihələrin həyata keçirilməsi üçün 20 milyard riyal pul ayıran kral Salman eyni zamanda ölkədəki bütün ədəbiyyat klublarına, super liqa komandalarına 10milyon, birinci liqa komandalarına beş milyon və digər qeydiyyatdan keşmiş komandalara 2 milyon riyal mükafat təsis edib.

Yeni vəzifəyə başlayan Kral Salman nazirlər kabinetini də yeniləyib və təxminən 2 ay bundan əvvəl Kral Abdullahın təyin etdiyi nazirləri işdən çıxarıb.

Ölkənin rəsmi xəbər agentliyi olan SPA-nın yaydığı məlumata görə, Kral Salman mədəniyyət və informasiya, islami işlər, Rabitə və İnformasiya texnologiyaları, Sosial məsələlər, eləcə də səhiyyə nazirlərini istefaya yollayıb.

Yeni kral sələfi Abdullahın oğlanlarını - Məkkə əmiri Meşalı, Riyad əmiri Türkini işindən azad edib, Milli Mühafizə naziri Mutibi isə vəzifəsində saxlayıb.

Özəl sözçüsü və müdafiə nazirliyinə oğlu Əmir Muhammədi təyin edən kral Səudiyyə Ərəbistanı tarixində ilk dəfə Kral Abdüləzizin nəvələrindən biri daxili işlər naziri Muhamməd bin Nayifi (56 yaşı var) vəliəhd elan edib.
 
ANN.Az
 
 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol