• $
  • €
  • ₽
  • ₺
  • £

Ohanyan: "Bu silahlı qüvvələrin bütün heyətinə arxadan zərbədir"

Ohanyan: "Bu silahlı qüvvələrin bütün heyətinə arxadan zərbədir"
29.05.2020 03:21
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Yerevandakı hərbi hissələrdən birində hərbi qulluqçunun ölümü ilə bağlı təcili iclas keçirib.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İnsidentin bütün təfərrüatının öyrənilməsi və aydınlaşdırılması üzrə aparılan təhqiqatın nəticələri haqqında Ermənistan SQ-nin Şəxsi heyətlə iş idarənin rəisi, general-mayor Aleksan Aleksanyan məruzə edib. İş üzrə bütün materiallarla tanış olan S.Ohanyan deyib ki, bilavasitə ayrı-ayrı zabitlərin işi və onların öz xidməti vəzifələrinə davamlı olaraq səhlənkar yanaşmaları nəticəsində yaranmış nöqsanlar cinayətin baş verməsinə imkan yaradıb. O, qeyd edib ki, baş verən hadisə silahlı qüvvələrin bütün heyətinə arxadan zərbədir. İclasda Ermənistan SQ Baş Qərargahı rəisinin müavinləri, idarə rəisləri, hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, yanvarın 29-da Yerevandakı hərbi hissələrdən birində Aykaz Barseqyan adlı hərbi qulluqçu asılmış vəziyyətdə tapılıb.

ANN.Az




Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol