• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın baş müsəlmanı Putini hicabı müdafiə etməyə çağırdı

Rusiyanın baş müsəlmanı Putini hicabı müdafiə etməyə çağırdı
04.02.2015 21:07
Rusiya Müsəlmanları Dini İdarəsinin rəhbəri müfti Ravil Qaynutdin prezident Vladimir Putinə qızların məktəblərə hicabla gəlmək hüququnu müdafiə etməyə çağıran müraciət edib.

"Bağlı gettolarda və ya xüsusi müəssisələrdə deyil, ümumtəhsil məktəblərində həmyaşıdları ilə təhsil almaq və ünsiyyətdə olmağı arzu edən qızlara görə ürək ağrıyır. Axı onlar cəmiyyətə gərəkli  - həkim, pedaqoq, alim - olmaq istəyirlər” -  Ravil Qaynutdinin məktubunda deyilir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, müfti qeyd edib ki, yaranmış problem yalnız "qadın” problemi deyil. O, hesab edir ki, "hicab vasitəsilə bizə xaricdən dözümsüzlük, anti-demokratiya və xalqların dostluğunun Avrasiya ənənələrinə hörmətsizlik tətbiq edirlər”.

"Sadə paltarları çıxarmaqla, rus dünyasının gözəl mürəkkəb tərkibli naxışlı parçasını yırtmaq istəyirlər. Bu isə artıq kişi məsələsidir”, - məktubda qeyd olunub.

Qeyd edək ki, ictimai yerlərdə, həmçinin təhsil müəssisələrində hicab və digər dini geyimlərin geyinilməsi tez-tez Rusiyada kəskin müzakirələrin mövzusu olub. Buna görə də Vladimir Putin bəyan etmişdi ki, təhsil müəssisələrində hicabın geyinilməsində yaxşı heç nə yoxdur. Onun sözlərinə görə, bu cür adət Rusiyada, hətta müsəlman regionlarında da heç vaxt olmayıb.

İlk dəfə Stavropol rəhbərliyi məktəblərdə hicaba qadağa qoyub. Rusiyanın Ali məhkəməsi həmin qərarı dəstəkləmişdi. Rusiyanın təhsil və elm naziri Dmitri Livanov bildrimişdi ki, hicab geyinən uşaqlar dini təhsil müəssisələrində təhsil almalıdır.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol