NATO Rusiyanın hədələrinə cavab hazırlayır

NATO ölkələrinin müdafiə nazirləri Brüsseldə görüşməyə hazırlaşırlar.
Görüşdə Ukraynada davam etməkdə olan böhranla əlaqədar Alyansın Şərqi Avropada iştirakının genişləndirilməsi ilə bağlı yeni planlar müzakirə ediləcək.
Xüsusən də dörd min nəfərdən ibarət çevik reaksiya qüvvələrinin yaradılması nəzərdə tutulur.
Daha əvvəl bəyan edildiyi kimi, bu qüvvələr Rusiya tərəfindən potensial təhlükə yaranacağı təqdirdə istifadə üçün zəruridir.
Bundan başqa, altı NATO ölkəsində, Latviya, Litva, Estoniya, Polşa, Bolqarıstan və Rumıniyada komanda mərkəzləri şəbəkəsinin yaradılması nəzərdə tutulur
BBC Azeri
























