• $
  • €
  • ₽
  • ₺
  • £

Şimali Koreya ABŞ-ı müharibə ilə təhdid etdi

Şimali Koreya ABŞ-ı müharibə ilə təhdid etdi
05.02.2015 13:07
Şimali Koreya "Qanqster" adlandırdığı ABŞ-la eyni masa arxasına oturmayacağını bildirib və Obamanı müharibə ilə təhdid edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bununla bağlı Şimali Koreya Müdafiə Komissiyası açıqlama yayıb: "İmperialist ABŞ kimi qanqsterlər Şimali Koreya Demokratik Xalq Respublikasına qarşı hərbi strateji döyüşlərə başlayacaq əhval ruhiyədədirlər. Şimali Koreya ordusunun və xalqının buna cavabı olaraq, ABŞ-a ən acı fəlakətləri daddırmış olacaq. ABŞ ona doğru irəliləyən ən qorxunc fəlakətin yaxınlaşdığını bilməlidir".

Şimali Koreya lideri Kim Congun istəyi ilə ingiliscə yayımlanan açıqlamada ABŞ-la Cənubi Koreyanın ortaq hərbi təlimlərə başlayaraq, Koreya yarımadasını müharibəyə sürüklədiyi iddia edilib.

Açıqlamada bildirilir ki, ölkə rəhbərliyinin Şimali Koreyanın ideologiyasını yox etməyə və sosial sistemini devirməyə çalışan ABŞ-la müzakirə masasına oturmağa nə ehtiyacı, nə də istəyi var.

ABŞ-Şimali Koreya arasındakı pis münasibətlər ötən ay "Sony" şirkətinə haker hücumundan sonra daha da pisləşdi. 

Obama yanvarın 22-də verdiyi açıqlamada Şimali Koreya rejiminin məhv edilcəyinə dair dünya ictimaiyyətinə vəd vermişdi. Bundan sonra Kim Conq ABŞ prezidnetinə sərt cavablar vermişdi  və ABŞ-ın hər hansı bir döyüş vəziyyətində nüvə silahı ilə təhdid etmişdi.

ANN.Az

 
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol