• $
  • €
  • ₽
  • ₺
  • £

İslamçılar traktat yaydı: “Qızlar 9 yaşında ərə gedə bilər”

İslamçılar traktat yaydı: “Qızlar 9 yaşında ərə gedə bilər”
06.02.2015 17:48
Doğrudan da qadın cihadçılar "İslam Dövləti”nin (İŞİD) ekstremistləri arasında görəsən, necə yaşayırlar?

İraq və Suriyada İŞİD-i dəstəkləyən və özlərini "Xansa briqadası” adlandıran qadınlar internetdə ərəbcə uzun bir traktat yerləşdiriblər. Əsas məqsədi Səudiyyə Ərəbistanından və Ərəb körfəzi ölkələrindən qadınları səfərbər etmək olan bu traktatda suallara cavablar verilir, miflər dağıdılır.

İndi bu traktat ingiliscəyə tərcümə edilərək Londonda mənzillənmiş anti-ekstremist araşdırma mərkəzi "Quilliam” tərəfindən çap edilib.



"9 yaşlı qızın ərə getməsi tamamilə qanunidir” - sənəddə deyilir.

"Pak qızların çoxu 16-17 yaşlarında ərə gedir” - deyə traktatda əlavə edilir.

Ərə getdiyi andan etibarən qadın gözdən-nəzərdən uzaq olmalı, xilafəti bağlı qapılar arxasından dəstəkləməlidir.

Sənəddə deyilir ki, qadınlar geridə qalmış olmamalı, təhsil görməli, ələlxüsus da İslam dininə aid hər şeyi bilməlidirlər, amma yalnız 15 yaşından başlayaraq.

Qeyd olunur ki, evdən çıxaraq işə gedən azad qadının Avropa modeli iflasa uğrayıb və "qadınlar kişilərlə bərabərlikdən tikandan başqa bir şey qazanmayıblar”.

Dəbli geyimlər satan butik dükanları iblis əməli sayılır.

Bu uzun sənəd internetdə yanvarın 23-də dərc edilsə də uzun müddət beynəlxalq medianın diqqətindən kənarda qalıb.

Sənəd Qərb ölkələrindən İŞİD-ə mühacirət etmiş qadın cihadçıların sosial mediada post etdikləri avantürist və çox vaxt da zorakı mesajlardan xeyli fərqlənir.



Britaniyadan olduğu təxmin edilən 50 qadın da daxil İŞİD-ə qoşulmaq üçün Türkiyədən Suriyaya keçmiş minlərlə qadının xarici səfərbərlərin 10 faizini təşkil etdikləri düşünülür.

Sənəd israr edir ki, qadınların rolu "oturaq”dır və onlar kişi cihadçıları onlar üçün uşaq doğmaq da daxil evdən dəstəkləməlidirlər.

Traktatın böyük bir hissəsi İŞİD-nin üsul-idarəsində yaşayan qadınların "normal həyat” yaşadıqlarının vurğulanmasına həsr edilib.

"Dövlət heç nəyi qadağan etmir” - traktatda belə deyilir. Lakin dərhal da əlavə edilir ki, kişilərin və qadınların mədrəsələrdəki yerləri bir-birindən ayrıdır.

İŞİD-in de-fakto paytaxtı sayılan Raqqa şəhəri "mühacirlərin cənnəti” adlandırılır və deyilir ki, "ailələr burada aclıqdan, soyuq küləklərdən və şaxtadan” azaddırlar.

"Millətçiliyə lənət olsun” - traktatda deyilir. İzah olunur ki, Raqqada tayfalar birləşiblər, çeçen suriyalının dostudur, səudiyyəli qazaxın qonşusudur.

Traktatda iddia olunur ki, əksinə, körfəz ərəb ölkələrindəki və Səudiyyədəki qadınlar "vəhşilik və düşmənçiliklə” üzləşirlər.

Sənəd izah edir ki, bu "vəhşilik və düşmənçilik” özünü qadınların kişilərlə birlikdə dükanlarda işləməsində, pasport və başqa kimlik sənədlərindəki fotolarda, Qərb təhsil ocaqlarında təhsil almaqda və Səudiyyənin Ciddə şəhərindəki "kafirlik universitetlərində”oxumaqda büruzə verir.

Regionda ən mühafizəkar media qurumlarından biri olan Səudiyyə televiziyası "fahişələrin və kafirlərin televizya kanalı” adlandırılır, yazar qadınlara isə "pozğun qadın” damğası vurulur.

Xaricdən gətirilən müəllimlər öz "zəhərli və kafir ateist ideyalarını yayan casuslar” kimi damğalanırlar.

Bu traktatda yezidi mülkilərin kütləvi şəkildə köləyə çevrilməsindən, azyaşlı qızların oğurlanaraq gətirilməsindən, kəsilən başların Raqqa şəhərində nizəyə taxılmasından və homoseksualların 7-ci mərtəbədən atılmasından bir kəlmə də deyilmir.

Bu sənəddə Raqqa və İŞİD-in başqa mərkəzlərini hədəfləyən koalisiyanın hava zərbələri məsələsinə ötəri toxunulur.

Lakin bütün bunların fövqündə bir mühüm mesaj var: qadınlar Səudiyyə Ərəbistanı və körfəz ölkələrindəki ədalətsiz həyatdan qaçıb "İslam Dövləti”nin utopiyasına pənah gətirməldir (BBC).
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol