Səhiyyə naziri can verən adamın yanından sakitcə ötüb keçdi - Skandal

Hindistanın Telanqana əyalətində yenicə təyin olunmuş səhiyyə naziri ölkədaxili səfərləri zamanı ilk skandala imza atıb.
ANN.Az türk mediasına istinadən xəbər verir ki, səhiyyə naziri Laxma Reddi nəzarətdən keçirmək üçün gəldiyi xəstəxananın önündə can verən adamı görməzlikdən gəlib. Qeyd edək ki, bu günlərdə ölkədə donuz qripi tüğyan edir və xəstəxana qarşısında ölən şəxsin də donuz qripinə tutulduğu bildirilir.
Nazirin can verən adama əhəmiyyət verməməsi faktı ətrafda olanların, eləcə də media nümayəndələrinin diqqətindən qaçmayıb. Səhiyyə naziri heç nə olmamış kimi artıq ölmüş adamın yanından keçərək xəstəxanaya daxil olub.
Qeyd edək ki, son günlər Hindistanda donuz qripindən 14 nəfər həlak olub. Hind mediasına görə, baş nazir Narendra Modinin doğulduğu Qujarat əyalətində 9, Kutcada 3, Əhmədabadda 2 nəfər ölüb.
Paytaxt Dehlidə isə indiyə qədər 62 nəfərin virusa yoluxduğu müşahidə edilib.
Ötən il Hindistanda 216 nəfər donuz qripindən həlak olmuşdu.
ANN.Az