Ukraynada dəhşət: Atom bombası kimi partlayış - Video

Rusiya seperataçıları ilə hökumət qüvvələri arasındakı qarşıdurmaların şiddətləndiyi Donetskdə dünən gecə dəhşət yaşanıb. Separatçıların silah-sursat anbarı kimi istifadə etdiyi fabrikə top mərmisi atılıb və fabriki bir anda alov bürüyüb.
ANN.Az huriyyet.com.tr-yə istinadən xəbər verir ki, Ukraynanın şərqində Rusiya separatçılarının qalası Donetskdə şəhər atom bombası partlamış kimi sarsılıb. Ukrayna qaynaqları, 200 nəfərin öldüyünü iddia edir.
Separatçıların silah-sursat anbarı
Ukrayna Milli Birlik komandirlərindən millət vəkili Dmitriy Yaroş açıqlamasında bildirib: "Dünən gecə bizim topçu batareyası, separatçıların silah anbarı kimi istifadə etdiyi kimya fabrikini vurdu. Orada olan 20 Qrad mərmisi, 30 zirehli texnika və 200 düşmən məhv edildi".
Donetsk separatçıları komandir köməkçisi Eduard Basur isə Rus xəbər agentliklərinə verdiyi açıqlamalarında qeyd edib ki, Partlayışlarda insan itkisi olmayıb, yalnız yaralılar var. Fabrikə Ukrayna top gülləsinin dəyib dəymədiyi də hal - hazırda araşdırılır.
26 UKRAYNA ƏSGƏRİ ÖLDÜ
Digər tərəfdən, son 24 saatda Rusiya tərəfdarı olan separatçılar qarşıdurmalar zamanı 9 Ukrayna əsgərinin öldüyünü, 26 adamın da yaralandığı açıqlayıb.
ANN.Az
























