İŞİD Hələbdən geri çəkilir

Suriyada mübarizənin ən qızğın getdiyi yer Hələbin şimal şərqidir. Bölgədəki tayfa lideri İŞİD-ın son bir neçə gün içində bəzi kəndlərdən geri çəkildiyini açıqlayıb.
ANN.Az
ANN.Az cnnturk.com-a istinadən xəbər verir ki, ölkə müxalifəti də İŞİD-in geri çəkildiyini təsdiqləyib. Müxalif komandir İŞİD-in əcnəbi döyüşçülərinin bölgədən çəkildiyini və hətta mövqelərini də dəyişdirdiyini bildirib.
O, İŞİD-in istifadə etdiyi bir mərkəzi də boşaltdıqlarını vurğulayıb. Ancaq bu qruplaşmanın bölgədən tamamilə çəkilməsi anlamına gəlmir. Bu geri çəkilmənin hər hansı taktiki bir plan olması da idda edilir.
ANN.Az
























