ABŞ: "İŞİD-a qarşı quru əməliyyatı keçiriləcək"

İŞİD-la Qlobal Mübarizə komitəsinin xüsusi nümayəndəsi general Cohn Allen İraq hərbi qüvvələrinin bu yaxınlarda İŞİD-a qarşı "quru əməliyyatı" başladacağını söyləyib.
ANN.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İordaniya rəsmi xəbər agentliyinə danışan Allen Beynəlxalq Koalisiya qüvvələrinin də İraq qüvvələrinə havadan dəstək verəcəyini bildirdi.
İŞİD-ı çökdürməyə istiqamətlənmiş bu strategiyanı izah edən Allen qeyd edib ki, İraqda İŞİD-a qarşı keçirilən quru əməliyyatında ortaqlarının olduğunu, ancaq Suriyanın belə bir imkanın olmadığını söyləyib.
Bundan başqa Allen bildirib ki, koalisiya qüvvələrinin hava əməliyyatlarından sonra İŞİD-in 7 min üzvü öldürülüb.
Suriya: icazə verməyin
Suriya xarici işlər naziri Vəlid əl Müəllim ölkəsində İŞİD-a qarşı "quru əməliyyatına" icazə verməyəcəklərini ifadə edib. Xarici İşlər Naziri bildirib ki, "İŞİD ilə döyüşəcək quru qoşunlarına ehtiyacımız yoxdur. Suriya ordusu bu vəzifəni ən yaxşı şəkildə edir. Heç kimin suverenliyimizi təhdid etməsinə icazə vermərik".
Vəlid əl Müəllim, Belarus xarici işlər naziri Vladimir Makey ilə Dəməşqdə keçirdiyi görüşdən sonra təşkil edilən mətbuat konfransında danışıb.
O qeyd edib ki, "Suriya İŞİD tərəfindən yandırılaraq öldürülən İordaniyalı pilotə görə İŞİD-in bu cinayətini çox kəskin şəkildə qınayıb".
ANN.Az
























