• $
  • €
  • ₽
  • ₺
  • £

"Facebook"un internet olduğu düşünən ölkələr - Siyahı

"Facebook"un internet olduğu düşünən ölkələr - Siyahı
29.05.2020 05:08
"Quartz” nəşri maraqlı statistika dərc edib. Məlum olub ki, üçüncü dünya ölkələrində yaşayan insanların çoxu düşünür ki, "Facebook” elə internet deməkdir.

2012-ci ildə "LIRNEasia” agentliyi tədqiqat keçirib. Sorğu nəticəsində məlum olub ki, İndoneziya, Filippin, Tailand və Myanmada "Facebook” istifadəçiləri internet istifadəçilərindən çoxdur. Belə ki, İndoneziyada rəyi soruşulmuşların təxminən 15 faizi bildirib ki, internetdən istifadə edirlər, bu halda respondentlərin təxminən 30 faizi özlərini sosial şəbəkə istifadəçisi hesab edib. Başqa şirkətlər tərəfindən də belə tədqiqatlar keçirilib. Bu şirkətlərin hamısı internet və "Facebook” istifadəçiləri arasında qeyri-uyğunluq aşkar ediblər.

Belə təəssürat yaranır ki, onlar üçün internet deyil, yalnız "Facebook” mövcuddur – "LIRNEasia” agentliyindən Roxan Samarayiva vəziyyəti belə şərh edib.
 
"Quartz” nəşri "Geopoll” şirkəti ilə birgə "SurveyMonkey” vasitəsilə İndoneziya və Nigeriya sakinləri arasında sorğu keçirməyə qərar verib. Məlum olub ki, İndoneziya və Nigeriyadan müvafiq olaraq 11 və 9 faiz istifadəçi hesab edir ki, onlar "Facebook” sosial şəbəkəsini internetsiz istifadə edirlər. İndoneziya və Nigeriyada müvafiq olaraq 56 və 69 faiz insan bildirib ki, onlar heç vaxt "Facebook”da kənar istinada keçid etməyiblər. Onların arasında həm internet, həm də "Facebook”dan istifadə etdiyini bilən istifadəçilərin göstəricisi müvafiq olaraq 25 və 21 faiz təşkil edir. Bu halda İndoneziya və Nigeriyada istifadəçilərin 61-65 faizi onunla razılaşır ki, "Facebook” elə internet deməkdir.

Cari il Ümumdünya İqtisadi Forumunda "Facebook”un icraçı direktoru Şeril Sendberq təsdiqləyib ki, bir çox ölkələrdə insanlar həqiqətən internet və sosial şəbəkəni səhv salır. //ictnews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol