Hərbçilərimiz NATO tədbirlərində iştirak edəcək

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
ANN.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Fevralın 16-dan 20-dək Ankara şəhərində (Türkiyə) "Strateji Təhlil" mövzusunda kurs, fevralın 17-dən 19-dək Saloniki şəhərində (Yunanıstan) "NATO təlimlərinin sinxronlaşdırılması" mövzusunda konfrans keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
ANN.Az
























