• $
  • €
  • ₽
  • ₺
  • £

​Ekspertlər: "Ukraynanın şərqindəki münaqişə dondurulacaq"

​Ekspertlər: "Ukraynanın şərqindəki münaqişə dondurulacaq"
29.05.2020 08:50
Ekspertlər hesab edirlər ki, "Normand dördlüyü" formatında aparılan danışıqların yekununda əldə olunan sülh razılaşması yalnız daha böyükmiqyaslı silahlı münaqişənin alovlanmasının qarşısını ala bilər.

"Düşünürəm ki, Putinlə razılaşdırıla biləcəyimiz yeganə məsələ barışıqla bağlı məsələdir", - "Report"a ukraynalı jurnalist və publisist Vitali Portnikov bildirib.

O, Ukraynadakı vəziyyəti  Azərbaycan-Ermənistan münaqişəsi ilə müqayisə edib. "Dağlıq Qarabağ münaqişəsində qoşunların təmas xəttində atəşkəs xeyli müddətdir ki, davam edir. Lakin bu sülh deyil, bu həm Azərbaycan, həm də Ermənistanın  daxili və xarici siyasətinə öz müsbət olmayan təsirini göstərən atəşkəsdir", - o vurğulayıb.

V.Portnikov qeyd edib ki, Rusiya Ukraynadakı vəziyyəti təsir vasitəsi kimi istifadə edir. "Putin üçün Ukraynanın bütün  ərazisi vacibdir - bu Putinin siyasi hədəfidir. O hesab edir ki, Ukrayna onun şəxsi dövlətinin bir hissəsi olmalıdır, Rusiyanın tərkibində olmasa belə, o, Avrasiya birliyinin bir hissəsi olmalıdır", - jurnalist bildirib.

Ukraynalı jurnalistin sözlərinə görə, Putin danışıqlar masası arxasına məcburi oturub.

"Vladimir Putinin barışığa getməsnin yeganə səbəbi ABŞ və Aİ tərəfindən göstərilən təzyiqlər qarşısındakı qorxusu olub. Rusiya iqtisadiyyatı hazırda acınacaqlı vəziyyətdədir. İqtisadi göstəricilər durmadan aşağı düşür, qiymətlər isə qalxır, Rusiyanın maliyyə ehtiyatlarının səviyyəsi 2007-ci ildən bu yana ən aşağı səviyyədədir", - V.Portnikov hesab edir.
O qeyd edib ki, Kreml münaqişəni qısa müddətə donduraraq, bu məsələdə status-kvonu qorumağa çalışacaq.

"Çünki nə qədər ki, Putin heç bir hərəkət etməyəcək, işğal olunan ərazilərdə vəziyyət bir o qədər pisləşəcək, hərəkət etmək meyilləri azalır. Burada 2 variant ola bilər: ya o, yenə də növbəti sanksiyalar, ağır döyüşlər, danışıqlar, yeni qərarlarla nəticələnəcək vəziyyəti gərginləşdirməyə çalışacaq, ya da oyundan yavaş-yavaş çıxmaq üçün yaranmış vəziyyətdən istifadə edib qərbdən və Ukraynadan müəyyən imtiyazlar əldə etmək istəyəcək. Əgər Ukrayna və Qərb görsələr ki, o, həqiqətən də geri çəkilir, onlar müəyyən kompromisə gedə bilərlər. Lakin bu Putin üçün təhlükəli yoldur, çünki o, münasibətlərin həqiqətən də normallaşmasını istəyirsə, yalnız Donbasdan deyil, Krımdan da getməlidir. Krım məsələsi onun Donbası tərk etmək istəyini bəyan etdiyi andan aktuallaşmağa başlayacaq", - ukraynalı jurnalist bildirib. 

Öz növbəsində "Avrasiya ideyalarının emalatxanası" ekspert şurasının sədri Qriqori Trofimçuk vurğulayıb ki, hazırda Minsk müqavilələrinin həyata keçirilməsi və hərtərəfli sülhün əldə olunmasına böyük ümidlər bəslənilir. 

Siyasi dividendlər  haqqında danışan Trofimçuk bildirib ki, danışıqların nəticələrinə görə Vaşinqton və NATO bu vəziyyətdən daha çox mənfəət əldə ediblər. Çünki Ukrayna və Rusiya arasında qarşıdurma bütün Avrasiya məkanının parçalanmasına və Avropada FBŞ-nin və NATO-nun nəzarətinin artmasına imkan yaradır. 

Onun fikrincə, Rusiya və Ukrayna arasında münaqişə ilə bağlı vəziyyət Çexoslovakiyadakı vəziyyəti xatırladır. "Reallıq belədir ki, Rusiya və Ukrayna ikisi bir yerdə bölünməyə məhkum olan böyük "Çexoslovakiyadır". Unutmaq olmaz ki, bu barədə Vaşinqton da daim düşünür. Minsk razılaşmaları ideal şəkildə həyata keçməyə başlasa belə, Amerikanın siyasi gündəmindən bir anlıq da çıxmayan Krım məsələsi aktual olaraq qalacaqdır", - ekspert bildirib.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol