İtaliyanın ən varlı vətəndaşı öldü

"Nutella" və "Kinder" şirkətlərinin qurucusu Miçele Ferrero fevralın 14-də dünyasını dəyişib.
ANN.Az Trend-ə istinadən xəbər verir ki, 89 yaşlı M.Ferrero İtaliyanın ən varlı şəxsi olub.
Monte Karloda vəfat edən M.Ferreronun və ailəsinin sərvəti 23,4 milyard dollar qiymətləndirilir. O, bu sərvətlə dünyanın ən zəngin 30-cu adamı olmuşdu. "Ferrero Rocher", "Mon Cheri" və Tic Tac" şokoladları da M.Ferreronun markalarına daxildir.
ANN.Az
























