• $
  • €
  • ₽
  • ₺
  • £

Liviya neft hasilatını dayandıra bilər

Liviya neft hasilatını dayandıra bilər
16.02.2015 15:08
Liviyanın Milli Neft Korporasiyası (National Oil Corporation, NOC) silahlı münaqişə səbəbindən bütün yataqlarında neft hasilatını dayandıra bilər. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
 
"Yataqlara edilən silahlı hücumların təkrarlanması neft yataqları və neft şirkətlərinin texniki heyətinin miqrasiyasına gətirib çıxara bilər. Biz işçilərin təhlükəsizliyinin təmin olunmasında çətinlik çəkirik. İşçilər üçün lazımi təhlükəsiz şəraitinin olmaması səbəbindən yataqlarda əməliyyatlar çətinləşib və demək olar ki, mümkünsüz olub", - məlumatda deyilir.

Şirkət, həmçinin ölkənin Müdafiə Nazirliyini neft yataqlarını hücumlar və vandalizmdən qorumaq üçün müvafiq tədbirlər görməyə çağırıb.

"Bu insidentlərin davam etdiyi halda Milli Neft korporasiyası neft yataqlarında bütün əməliyyatları dayandıra bilər", - şirkətdən bildirilib. 

OPEK ölkələrinə daxil olan Liviya Afrikada ən böyük karbohidrogen xammalı ehtiyatlarına malikdir. Bu ölkədə münaqişə başlamazdan əvvəl 2011-ci ilin fevral ayında neftin sutkalıq hasilatı 1,6 mln. barelə çatıb. 2014-cü ildə neft hasilatı gündə 430 min barel təşkil edib, 2015-ci ilin yanvar ayında isə neft hasilatı sutkada 350 min barelə qədər azalıb.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol