• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın Texas ştatında Xocalı faciəsi ilə bağlı yeni qətnamə

ABŞ-ın Texas ştatında Xocalı faciəsi ilə bağlı yeni qətnamə
17.02.2015 12:07
ABŞ-ın Texas ştatının Nümayəndələr Palatasının üzvü Jin Vu Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar qətnamə yayıb.

Diasporla iş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, bu barədə Amerika Azərbaycanlıları Şəbəkəsi məlumat yayıb.  

Qətnamədə qeyd edilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin mülki əhalisi Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən qırğına məruz qalıb: "Bu, müharibə vaxtı baş verə biləcək cinayət haqqında xəbərdarlıq və zorakılığa yol verməmək üçün dialoqun inkişaf etdirilməsinin zəruri olmasının acı bir xatırlatmasıdır”.
 
Qətnamədə deyilir ki, Xocalıda baş verən qırğın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı tarixində ən faciəli hadisələrdən biridir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərini ələ keçirib. Nəticədə ən azı 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Onlardan 106-sı qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə yaşlı insanlar olub. Qırğınlar zamanı 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
 
Qeyd edək ki, bu, Texas ştatının parlamentində Azərbaycana dair qəbul edilən ikinci qətnamədir.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol