• $
  • €
  • ₽
  • ₺
  • £

Köçəryan: Bütün bunlar Qarabağdakı vəziyyətdə öz əksini tapacaq

Köçəryan: Bütün bunlar Qarabağdakı vəziyyətdə öz əksini tapacaq
17.02.2015 13:29
Ermənistanda siyasi sahənin enerjili "təmizlənməsi” hakimiyyətə qarşı qüvvələrin konsolidasiyasına və siyasi sarsıntıların perspektivinə gətirib çıxaracaq.

Bu barədə Ermənistanın sabiq prezidenti Robert Köçəryan öz qeyri-rəsmi saytına verdiyi müsahibəsində bildirib.

ERP-nin Şura iclasında fevralın 12-də çıxış edən, Ermənistan prezidenti Serj Sarkisyan "Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanı kəskin tənqid atəşinə tutub, əsasən də Sarukyanın siyasi aktyor kimi ölkə üçün təhlükəli olduğunu vurğulayıb.

"Bilmirəm bu, prezidentin nəyinə lazım idi?! Əgər niyyət Qaqik Sarukyana təzyiq edərək ÇEP-i ləğv etmək idisə, bu, effekt vermədi. Əksinə, müxalifət sahəsində leksika və məqsədlərin kəskin radikallaşması ilə sıxlaşmanın əlamətləri göz qabağındadır”, - sabiq prezident qeyd edib.

Onun sözlərinə görə, ÇEP-i pisləmək mümkün olmadı, "arqumentlər qənaətbəxş olmadı”.

Köçəryan qeyd edib ki, ÇEP-in liderinə qarşı istənilən davranış, hamı tərəfindən qanuni əsası olmayan siyasi təqib kimi qiymətləndiriləcək.

"Ölkədə sosial gərginliyi və narazıçılığı, eləcə də ÇEP-in və onun liderlərinin ölkədə populyarlığını nəzərə alsaq, hakimiyyətin siyasi sahəni "enerjili” şəkildə təmizləməsi, hakimiyyətə qarşı qüvvələrin konsolidasiyasına və siyasi sarsıntıların perspektivinə gətirib çıxaracaq”.

O həmçinin qeyd edib ki, bütün bu baş verənlərin iqtisadiyyatda, Qarabağda cəbhə xəttində və "erməni soyqırımı”nın 100 illik yubileyinə hazırlıqlarda necə təzahür edəcəyini ehtimal etmək çətindir.

Eyni zamanda Köçəryan hesab edir ki, hakimiyyətin yaranan vəziyyətdən çıxış yolu mövcuddur, dayanmaq, ÇEP-in liderinə qarşı fəal administrativ qərarlar qəbul etmək lazım deyil, apponentlər ilə qarşıdurmada siyasi müstəviyə qayıtmaq lazımdır.   

Sabiq prezidentin qeyd etdiyi kimi, onsuz da ölkə yetərincə ağır problemlərlə yüklənib və onların həlli cəmiyyətin maksimal şəkildə konsolidasiyası, insanların ölkənin gələcəyinə olan inamlarının bərpa edilməsi əsasında mümkündür. //oxu.az


Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol