• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada azərbaycanlı və ermənilərin “bandasına”qarşı əməliyyat

Moskvada azərbaycanlı və ermənilərin “bandasına”qarşı əməliyyat
29.05.2020 11:27
Moskvada pul daşıyanları ovlayan etnik cinayətkar dəstənin 8 üzvü "MUR” əməliyyatçıları tərəfindən tutulub. 
 
Oxu.Az "MK”ya istinadən xəbər verir ki, fevralın 18-də cinayət axtarışı üzrə əməkdaşlar "SOBR”un dəstəyi ilə azərbaycanlı və ermənilərdən ibarət dəstəni zərərsizləşdirib.
 
Əməliyyatçılar uzun müddət idi ki, onları axtarırdı. 
 
Cinayətkar dəstədə olan mənbənin məlumatına əsasən, dəstə növbəti hücumu planlaşdırıb. Polislər potensial qurbanla əlaqə saxlayıb və ayyaqqabı satışı ilə məşğul olan biznesmenə tələ olmağı təklif ediblər.  
 
Fevralın 18-də təxminən saat 17:10-da biznesmen "Leksus”unda Mayakovski döngəsi üzrə hərəkət edib. Bu zaman onun hərəkəti  "Qazel” tərəfindən məhdudlaşdırılıb. 
 
"Qazel”in salonundan çıxan üç cinayətkar biznesmenin maşınına yaxınlaşaraq, yan şüşələri sındırıb və salonda içində 9 milyon 800 min rubl olan çantanı oğurlamağa cəhd ediblər. 
 
Bu zaman cinayətkarlar prosesi sürətləndirmək üçün biznesmenə travmatik silahdan atəş açıb, lakin hədəfdən yayınıblar. Çanta cinayətkarların əlində olan an onların təəccübünə küçədə "SOBR”un əməkdaşları peyda olub. 
 
"Saxlanma zamanı cinayətkarlar polislərə qarşı aktiv müqavimət göstərib. Onlar "SOBR”un əməkdaşları istiqamətinə bir neçə dəfə atəş açıb və onlardan birinin dəbilqəsini armaturla sındırıb.
 
Cavab olaraq polislər "Polis haqqında” qanuna uyğun olaraq tabel silahı tətbiq edib və nəticədə cinayətkarlardan biri yaralanıb və xəstəxanaya yerləşdirilib”, deyə Moskva polisinin rəsmi nümayəndəsi Svetlana Kokotova deyib. 
 
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol