• $
  • €
  • ₽
  • ₺
  • £

Obamadan tarixi çıxış: "Biz İslamla müharibə aparmırıq"

Obamadan tarixi çıxış: "Biz İslamla müharibə aparmırıq"
29.05.2020 05:16
ABŞ prezidenti Barak Obama İŞİD-in özünü "İslam Dövləti", "dinin müdafiəçisi" kimi qələmə verməsinə işarə edərək "Onların iddia etdiyi kimlikləri əsla qəbul etmirik, çünki bunlar yalandır. Onlara istədikləri dini legitimliyi də verməməliyik. Onlar dini liderlər deyil, terrorçulardır. Biz də İslamla müharibə aparmırıq, islamı təhrif edənlərlə müharibədəyik" deyib.
 
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Ağ Evdə təşkil olunan "Şiddəti Ehtiva Edən Ekstremizmlə Mübarizə Sammitində" çıxış edən Obamanın çıxışının əsasını Karolinada Chapel Hill qəsəbəsində üç müsəlman gəncin qəddarcasına öldürülməsi faktı təşkil edib.
 
Gənclərin "qəddarcasına" öldürüldüyünü bildirən Obama "Bu hadisə bir çox amerikalı müsəlmanda narahatlıq yaradıb və onları qorxudub. Amma açıq bəyan edirəm: inancından asılı olmayaraq və fərqli yerlərdən gələn amerikalılar, sizlərin yanınızdayıq və sizlərə ehtiramlarımızı və dəstəyimizi bildiririk".
 
Prezident bildirib ki, ölkə daxilində baş verən hansısa faciə parçalanma deyil, bütün amerikalıları bir araya gətirir: "Burada və dünya miqyasında fərqli dini qruplardan fərqli dini qruplara qarşı bağışlanmaz zorakılıq aktları işləndi və bunlar bütün inanclara xəyanət etməkdir. Bu bir qrupa, bir coğrafiyaya və ya müəyyən bir zamanla sərhədlənə bilməz".
 
 
 
 
 
"Onlar dini lider deyil, terrorçulardır"

Prezident hazırda təxirəsalınmaz məsələnin İŞİD və "Əl-Qaidə"nin yaratdığı terrorizm olduğuna diqqət çəkib və ekstremizmlə mübarizənin yalnız hərbi məsələ olmadığını, bunların ideoloji, iqtisadi və siyasi aspektlərinin olduğunu vurğulayıb.
 
Ekstremizm ideologiyası ilə mübarizədə bu qrupların "legitimlik" qazanmaq üçün əllərindən gələni etdiyini bildirən Barak Obama İŞİD-in tanınmasına yönəlik media və mütəxəssislər arasında mübahisəyə diqqəti çəkib: "Özlərini dini liderlər, İslamın müqəddəs müdafiəçiləri kimi göstərməyə çalışırlar. Bu səbəblə özlərini İslamı Dövlət kimi elan edirlər və bununla da ABŞ-ın və Qərbin İslamla müharibədə olduğu təəssüratını, mənzərəsini yaratmaq istəyirlər. Bununla da özlərinə tərəfdaş, kadrlar toplayırlar. Gəncləri radikallaşdırmağa çalışırlar. Onların ortaya qoyduğu bu terminləri əsla qəbul etməməliyik, çünki bunların hamısı yalandır. Onlara istədikləri dini legitimliyi də verməməliyik. Onlar dini liderlər deyil, terrorçular. Biz də İslam ilə müharibədə deyilik, islamdan sui-istifadə edənlərlə, onun adından istifadə edənlərlə müharibədəyik".

"Terrorizmə görə heç bir din məsuliyyət daşıya bilməz"

Obama müsəlman cəmiyyəti xaricində "Qərblə İslam, yaxud modern yaşamla islamın qarşıdurma halında olduğuna yönəlik terrorçu ritorikalarının rədd edilməsinin lazım olduğunu" bildirib. Prezident əlavə edib ki, bu məsələdə müsəlman ölkələrin rəhbərləri də öz çıxışlarında diqqətli olmalıdırlar.
 
Prezident Obama "Əl-Qaidə" və İŞİD-in İslami mətnlərdən seçmələr istifadə etdiklərini, Yaxın Şərqdə kolonyalizm və sui-qəsd ssenarilərindən bəhrələnməklə "İslamın modernizm və ya tolerantlığa dözümsüzlüyü, yaxud islamın Qərb dəyərləri tərəfindən çirkləndirildiyi" kimi inancların daha çox yayqın olduğunu xatırladıb.
 
 
 
 
Bunların da bəzi gənclərin radikallaşmasına səbəb olduğunu ifadə edən Obama, "Terrorçular təbii ki, onların ideologiyalarını rədd edən bir milyard müsəlman adından danışa bilməzlər. Onlar Allah deyərək günahsızları öldürən xristian, yəhudi, buddist və hindulardan daha çox İslamı təmsil edə bilməzlər. Terrorizmdə heç bir din məsuliyyət daşıya bilməz, terrorizmdən və zorakılıqdan insanlar cavabdehdir"- qeyd edib.
 
Prezident əksər islami ölkə rəhbərlərinin sülh, ədalət və xoş münasibət sərgilədiyini xatırladıb və müsəlmanların müqəddəs kitabından sitat gətirib: "Quran" kim məsumu öldürərsə, bütün bəşəriyyəti öldürmüş olur deyir. Bu səözlər dünya əhalisinin bir milyarddan çoxunu təşkil edən nüsəlmanları təmsil edir".

Daha sonra prezident Obama islam adından danışanlarla, terrorizmlə məşğul olanlarla mübarizənin beynəlxaql səviyyədə olmasını, bütün səylərin birləşdirilməsini vurğulayıb.

Çıxışının sonunda "Sevgililər günü"ndə ona ürək formasında açıqca vasitəsilə  məktub yollayan 11 yaşlı müsəlman qızın - Sabrinanın məktubundan sitat gətirib: "Müsəlmanlara nifrət edən insanlardan narahat oluram. Bəzi müsəlmanların pis hərəkəti hamının eyni addımı atması anlamına gəlməməlidir. Xahiş edirəm, hər kəsə söyləyin; Bizlər yaxşı insanlarıq və bizlər də hamı kimiyik".
 
Obama Sabrina kimi gənclərin gələcəyi təmsil etdiyini də dilə gətirib.


ANN.Az


Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol