• $
  • €
  • ₽
  • ₺
  • £

Cadugərlər albinos uşaqları niyə oğurlayır?

Cadugərlər albinos uşaqları niyə oğurlayır?
20.02.2015 22:00
Bu ölkədə albinos uşaqlar cadugərlərin qurbanı olur

Ötən bazar günü Tanzaniyanın şimalındakı Qeita əyalətinin Cato şəhərində 1 yaşlı albinos uşaq qaçırılıb. Dünən isə uşağın cəsədi şəhərdən 5 kilometr aralıqda tapılıb, amma qolları və ayaqları kəsilmiş halda.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, polis hadisə ilə bağlı 2 nəfəri şübhəli şəxs qismində saxlayıb.

Dünyada ən çox albinosların yaşadığı ikinci ölkə Tanzaniyadır və hazırda orada 15 minə qədər albinos yaşayır.
 
 
 
 
Tanzaniyada "albinosların daxili orqanları müxtəlif xəstəliklərə əlacdır" - deyə inam mövcuddur və bu səbəblər də yerli dinlərə mənsub cadugərlər albinos uşaqları oğurlayaraq onları qətlə yetirirlər.

Hökumətin mühafizə tədbirlərinə rəğmən, rəsmi rəqəmlərə görə, il ərzində 100 albinos uşaq öldürülür.

Ötən ay albinos uşaqların öldürülməsinin qarşısını almaq məqsədilə ölkədə rəsmi olaraq cadugərlik qadağan olunub.

BMT və "Qızıl Xaç" təşkilatı albinosların qorunması məqsədilə bölgədə ayrı-ayrı layihələr həyata keçirirlər.
 
 
 
 
Albinizm dünyada az-az rast gəlinən, lakin insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir. Belə insanlar dərisi ağ rəngli olmaqla, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə "albinos” adlanır. Bu söz latın dilində "alba" sözündən törəyib və "ağ” mənasına gəlir. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri insanların reaksiyalarına alışdığını söyləyir.Albinizm anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunur. Mütəxəssislər albinizmi xəstəlik hesab etmirlər. Albinizmin səbəbi dəridə Melanin əmələ gətirən melanositlərin çatişmazlığı, və ya olmamasıdır.

Xəstəliyin əsas xarakterik əlamətini törədən amil melanin piqmentinin olmaması və ya çatışmazlığıdır. Səbəblərinə isə hipofizin orta payının Melanosit stimuləedici hormon (MSH) və dəridə melanositlərin, hansı ki dəriyə rəng verən piqmenti-melanini əmələ gətirirlər, funksiyasını yerinə yetirə bilməməsi -funksional çatışmazlığıdır.

Alimlərin araşdırmasına görə, Avropada hər 20.000-dən biri, dünyada isə hər 17.000 insandan biri ağ dərili, ağ saçlı, qırmızı gözlü albinoslardır. Ən çox albinos Nigeriyadadır. Nigeriyada hər 3000 adamdan biri albinosdur. Albinizm irsidir və müalicəsi yoxdur. Onların dünyaya bu cür gəlmə səbəblərini heç kim dəqiq izah edə bilmir. Bəzi mülahizələrə görə bu gendə olan mutasiya ilə bağlıdır. Albinosların gözləri zəif və işığa həssas olur. Rəngi isə geyimlərinin rənginə görə, dəyişir. Eyni zamanda onlar dəri xərcənginə meyillidirlər. Sağlamlıq, intelekt və yaşam müddətinə görə, digər insanlardan fərqlənmirlər.

ANN.Az






Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol