“Instagram”ın gələcəyi necə olacaq?

"Cowen Group” analitik bürosu 2020-ci ildə "Instagram” xidmətindən istifadə edəcək istifadəçilərin sayı ilə bağlı proqnoz verib.
ANN.Az "ICTnews"a istinadən xəbər verir ki, "Cowen Group” bürosundan hesab edirlər ki, sözügedən sosial şəbəkənin istifadəçilərinin sayı 2 dəfədən çox artaraq 680 milyona çatacaq.
Həmçinin aktiv hesabların sayı və elan verənlərin sayı artacaq. Beləliklə, 2020-ci ildə "Instagram” ildə 5,8 milyard dollar gəlir qazandıracaq. Müqayisə üçün, 2014-cü ildə sosial şəbəkə 700 milyon gəlir qazandırıb.
Məlumat üçün bildirək ki, "Facebook” 2012-ci ildə "Instagram” xidmətini 1 milyard dollara satın alıb.
ANN.Az